Bəzən düşünərsən... Gələcəyi, gələcəyin gətirəcəyini... Göləzdiklərini, ya da gözlədiklərinin tam əksi olacağını.. İstəməzsən pis düşünəsən, amma ehtimal eləmədən də fikirlərin rahat buraxmaz... İnsan gələcəyi o vaxt düşünər ki, orada, naməlum zaman olan "gələcəkdə" həyatını davam etdirməyə bir səbəbi olsun... Və hər kəsin öz səbəbi var... Mənim də səbəbim var, sənin də eləcə... Və bizim ortaq səbəbimiz... Bizim "SƏBƏBİMİZ" :) Bəzən düşünərsən... Keçmişi, keçmişin buraxdığı izləri... Olanları, iradənddən asılı olmayaraq gözlədiklərinin əksi olanları... Düşünərsən və keçdiyin o xırda, balaca, təcrübəsiz ömür yoluna çönüb bir baxarsan... Səhv yolla getdiyini də görərsən, döz yolla getdiyini də.. Nəticə çıxararsan. Daha yaxşı olmaq üçün çarə gəzərsən... Bəzən getdiyin cığır, indiki yolun keçmişin izləri ilə üst-üstə düşər, amma tamam əks olan yolla gedənlər də az deyil... Bəzən isə iki insanın fərqli yolu eyni cığırda kəsişər və eyni yolu gedər... mənim də ayrı o...