Posts

İKİ AY SABAHATTİN ALİ İLƏ BİRGƏ

Image
Artıq yaz fəslini rəsmi şəkildə qarşılamışıq. İndi isə günəşin nə zaman daim parlayacağı günləri gözləyirik. Əlbəttə ki o da gələcək. Bu qış mövsümünü isə yenə qarsız keçirdik.  Mart isə gah baharı, gah qışı xatırladır həmişəki kimi. Biz uşaq olanda anam deyərdi ki, mart ayında qışla yaz dalaşır həmişə. Ona görə havalar belə keçir :)  Fevral ayını geridə qoymaqla bərabər, artıq martla da vidalaşmağa üçcə gün qalıb. Mən də fürsətdən istifadə edərək bu iki ayı necə keçirdim, nə oxudum, hansı kitabı aldım suallarını cavablandırmağa çalışıram özlüyümdə.  Fevral hardan gəldi hara getdi, bilmədim. Bu elə bil məhz fevrala xas bir xüsusiyyətdir. 28gün olan bu balaca ay hər zaman tez qurtarır sanki, 29 gün olsa belə. Fevralı o qədər də ciddi xatırlamıram. Çünki daxilimlə baş başa qaldığım  sakit aylardan biri oldu. Və Sabahattin Ali sevdam yenidən baş qaldırdı.  Sabahattin Ali ilə  səhv etmirəmsə 2014 cü ildə tanış olmuşam ilk dəfə. Bəlkə də daha tez, ya gec təəssüf xatırlamı

HƏR AY BİR AZ..

Image
Bəzən insan bir ay ərzində nə elədiyini düşünür. Nəinki bir ay, başımızı balışa qoyanda gecələr belə bu hesabatı öz özümüzə veririk. Mən isə son illərimə baxsam elə də vau deyə biləcəyim şeylər etməmişəm, bu bir kənara hətta əvvəllər özüm üçün rutin halına saldığım vərdişləri belə yadırğamışam. Hər gün eyni şablon şeyləri yaşamış, öz həyatıma xüsusi diqqət ayırmamışam. Səbəbini desəm əslində günahkar özüm, özümün təmbəlliyim və ya dəyişimi doğru qəbul edə bilməməyim olub ona görə də susmağı üstün tuturam niyəsini düşünəndə. Susuram deyəndə iç səsim bilir sadəcə yazmaq istəmirəm.. Amma istədiyim başqa şeydir, məsələn istəyirəm yanvarın bu sonuncu gecəsi 31 günə sığışdıra bildiklərimdən danışım bir az. Bu ay mənim üçün o qədər sakit və harmoniya içində keçib ki, hər şeydən əvvəl bunun üçün şükr edir və minnətdarlıq duyuram. Yeni il və ad günüm haqqında uzun uzadı yazmışam :) ondan sonra isə yeni başlanğıclar etmişəm. İndi isə günlərimi vərəqləyərək yenidən yanvarın əvvəlinə qayıdır

HƏYATIN 31 ANI...

Image
Yaşımın üstünə yaş gəldikcə düşündüklərimizi, hiss etdiklərimizi yaşadığımıza daha çox inanmağa başlayıram. Bura kvant fizikası, atom enerji məsələləri də daxildir amma mən o tərəflərini bilmirəm, o qədər dərinlikləri ilə maraqlanmamışam. Sadəcə, ürəyimizdəkindən, beynimizdəkindən, şüuraltımızdan, ümumiyyətlə bütün var qüvvə ilə, ən xırda hisslərimizlə hiss etdiklərimizdən gedir söhbət.. Elə bu zaman da düşünürəm bu təsadüf olur, yoxsa onu öz düşüncəmizlə həyatımıza çağırmış oluruq? Bəli, rəsmi surətdə bu gün 30lara vəsiqə qazandım mən. Qadının ən gözəl ili hesab olunurmuş 30lar. Keçən ilim daxili aləmimlə çətin idi, bu ilim keçən ilki bütün çətinliklərimi vurub yıxacaq, əminəm buna. İndi isə günümdən 31 anı paylaşmaq istəyirəm :) o anlar ki, illər sonra mənə xatırladacaq bu günümü.. 1. hər zaman saat 9da yatan, bu gün isə sanki doğum günüm olduğunu hiss etdiyi üçün 12dən sonra yatan oğlum 2. məni düz 00:00 da birinci təbrik edən əzizciyəzim Mələk 3. səhər öz əllər

YENƏ YENİDƏN..

Image
Yenidən blogumda yaza biləcəyim mövzular tapmağıma çox sevinirəm. Deməli, bunun üçün nələrdənsə başlamaq, nəyinsə ucundan tutmaq lazım imiş. Yazılarıma qayıtmazdan əvvəl yarım qoyduğum kitablarımı bitirməyi özümə söz vermişdim əslində. Və ona görə də başladım oktyabrda yarım qoyduğum Hakan Mengüçün "Ben ney'im" kitabından, keçdim yayda yarımladığım Maksim Qorkinin "Uşaqlıq" romanına. Sonra da əlimə İvan Turgenevin "Atalar və oğullar" kitabını götürdüm və yeni ilimə o kitabla daxil oldum. Bundan əlavə, 2018də uşaq pedaqogikası ilə bağlı Adem Güneşin də iki ayrı kitabını oxumuşam. • Hakan Mengüçün kitabı sırf özünü inkişaf, motivasiyaya sufi tərəfdən yanaşmadan bəhs edən özünüdərk kitabı idi və nə yalan deyim ki müsbət təsirlərini hiss etdim. Bu o deməkdir ki, insan istər istəməz zaman zaman bu tip kitablara müraciət etməyə ehtiyac duyur, yaşı nə olur olsun. • Maksim Qorkini qeyd etdiyim kimi, yayda əlimə almışdım. Amma yarım qalmışdı nəs

İLİN SON YAZISI - 9 -

Image
 Nə az nə çox artıq 9cu ilin son yazısını yazıram :) bu o deməkdir ki, 9 il böyümüşəm, 9 ilə saysız şeylər - hadisələr, insanlar sığdırmışam, 9 ilə kim bilir neçə dəfə dəyişmişəm özümdən çıxıb, özümə qayıtmışam. 2018-ci ilim o qədər monoton keçib ki, sıra ilə düzüləsi, sadalanası bir şey tapmıram. Bir onu bilirəm ki, daxili çəkişmələrlə dolu olub. İçimdə özümlə, hisslərimlə çox mübarizələr apamışam. Ilimin ən gözəl günlərini isə balamla keçirmişəm. Bu da o deməkdir ki, nə qədər daxilim üçün çətin il olsa da, hər səhərimi oğlumun gülüşü ilə açdığım üçün xoşbəxt olmuşam. Yeni ilimdən isə çox şey gözləyirəm. Və inanıram ki olacaq! Deyirlər ki, yeni ili necə qarşılayırsansa elə də davam edir. Mənsə tam ürəyimcə qarşıladım. Həyat yoldaşımla və balaca oğlumla. Nə gözəldir, elə deyilmi!? ❤ ❤

sarmaşıq

donmuş beynimi, hisslərimi yenidən oyatmaq üçün aylara ehtiyac duydum. özümdən gedib özümə gəldim. bütün hüceyrələrimə kimi keyidim, qurudum. yenidən həyat əlammətlərini görmək üçün üstümü sarmaşıqla örtən, məni dəyişən, yamyaşıl edib uzaqdan gözəl göstərən əslində isə havasızlıqdan boğan və məni məndən ayıran yarpaqları bir bir qoparmaq anının gəldiyini çox yaxşı bilirəm. sarmaşığı indi məhv etməsəm bir də geriyə dönüş olmayacaq. çapalayıram hələ ki, nələrsə etməyə çalışıram yerimdə saysam da. oktyabrın sarı yarpaqlı xəzanı axı bu həmişəyaşıldan yan keçir... oktyabr..  ..niyə qayıdışım sənə təsadüf edir axı? nədir məndən istədiyin? səndə o qədər cəmlənib ki həm aldıqların həm verdiklərin. günahlarım, savablarım, hamısı adının altında sıra ilə düzülmüş rəqəmlərinin içindəki günlərdə gizlidir. çox düşünürəm bu nə oyundu. amma heç bir tərəfdən bir cavab tapmaq olmur. artıq heç nəyə və heç kəsə sığınmıram. kimdənsə etina, anlayış gözləmirəm. öz əlimdə olanları verir yerdə qalanl

İLİN SON YAZISI - 8 -

Image
yeni ildə köhnə ilə.. ..bu ilin necə keçdiyini bilmirəm. elə də xatirlamiram. Mənim üçün bir göz qırpımında keçdi hər şey. Dərindən düşünəndə görürəm ki, elə də ciddi dəyişikliklər baş verməyib. Amma oğlumun gözü ilə baxdıqda isə bir ilə bir möcüzəni böyüdərək, qayğısına qalaraq insani instiktləri, vərdişləri öyrədərək necə böyük yol qət etdiyimi anlayıram. Yuxusuz gecələr, yorğunluq, özünü bəyənməmə, əsəb, bəzən stres, lakin bir körpə nəfəsi və gülüşü ilə hər şeyi unutmaq.. mənim 2017ci ilim ana olmağı öyrənmə ili oldu.. mənim 2017ci ilim anamı daha çox anlama ili oldu.. mənim 2017ci ilim bir az soyuqqanlı olma ili oldu.. mənim 2017ci ilim növbəti macəramın sonuncu ili oldu.. mənim özüm üçün edə biləcəyim iki şey var bu həyatda, biri kitab, digəri isə səyahətlərdi.. Məlum səbəblərə görə bədii kitab oxuya bilmirəm, təəssüflənirəm ki hələ də beynim kitab oxuma gücünü itirib. Amma əvəzində bu il bolluca uşaq pedoqogika və psixologiyası, sağlamlığı ilə bağlı yetəri qədər məqal