sarmaşıq

donmuş beynimi, hisslərimi yenidən oyatmaq üçün aylara ehtiyac duydum. özümdən gedib özümə gəldim. bütün hüceyrələrimə kimi keyidim, qurudum. yenidən həyat əlammətlərini görmək üçün üstümü sarmaşıqla örtən, məni dəyişən, yamyaşıl edib uzaqdan gözəl göstərən əslində isə havasızlıqdan boğan və məni məndən ayıran yarpaqları bir bir qoparmaq anının gəldiyini çox yaxşı bilirəm. sarmaşığı indi məhv etməsəm bir də geriyə dönüş olmayacaq. çapalayıram hələ ki, nələrsə etməyə çalışıram yerimdə saysam da. oktyabrın sarı yarpaqlı xəzanı axı bu həmişəyaşıldan yan keçir...

oktyabr.. 

..niyə qayıdışım sənə təsadüf edir axı? nədir məndən istədiyin? səndə o qədər cəmlənib ki həm aldıqların həm verdiklərin. günahlarım, savablarım, hamısı adının altında sıra ilə düzülmüş rəqəmlərinin içindəki günlərdə gizlidir. çox düşünürəm bu nə oyundu. amma heç bir tərəfdən bir cavab tapmaq olmur. artıq heç nəyə və heç kəsə sığınmıram. kimdənsə etina, anlayış gözləmirəm. öz əlimdə olanları verir yerdə qalanları ilə özüm yetinirəm..

gözlərim yumulur. yuxusuz narahat gecələrin mənə verdiyi paydı bu. gedirəm, amma yenə gələcəm.. həm də tezliklə. artıq bəsdi bu qədər gizlənmək..

mən gəlirəm həyat, öz melanxoliyamla.. keyimiş, donmuş, qurumuş, üstünü toz basmış mənə doğma olan daxili yalnızlığıma bürünüb gəlirəm. 

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)