Posts

DƏYİŞƏN TEZLİKLƏR... - ZAMAN

Heç nədən şikayət etməyəcəyəm.. Yaşadıqlarımdan, yaşatdıqlarımdan, heç birindən. Zamanın bizə vermiş olduğu dəyişmə, dəyişdirmə şansından geninə boluna istifadə etmişəm. İstəyərək və istəməyərək, ən pis halda nə istədiyimi bilməyərək zamana qarşı meydan oxumağımın əvəzini isə yetəri qədər almışam. Keçən illə bu ilin müqayisəsinə girişmək istəmirəm, çünki onda ən keçmiş xatirələrim oyanacaq. Amma zaman oyununun 3 il əvvəl oynadığı oyunla bu günkü oyunu arasındakı yerlə göy qədər fərqi görmək var bir də. Oyunçular dəyişib, iştirakçılar dəyişib, vəziyyət dəyişib.. Gah artıran, gah azaldan, gah itirən, gah itirilən, gah bütövləşdirən, gah yarım qoyan zaman.. Həmişə yanımda olacaqlarını düşünüb, amma bir gün məni tərk edənlər, ömürlük yanımda olmaları üçün həyatıma daxil edib, amma bir gün tərk etdiklərim, həmişəlik həyatımdan çıxartdığımı düşünüb, amma tərk edə bilmədiklərim.. Ağrılarımı gülüşlərlə sarımaq, kinimin üzərini sevgi ilə örtmək, yalanları doğrulara çatdırmaq lazım idi

KİTAB OXUYANLAR...

Image
Kitab oxuyanlar fərqli olurlar... Dünya görüşləri, mübahisələri, müzakirələri, müşahidələri başqa olur. Həyata başqa cür baxırlar, baxışları dolu olur elə bil. Soruşsanız hardan bilirəm? güzgüdən :) Bir söz bəs edir ki, onlar bir birini minlərlə insanın içindən tanısın. Kitab oxuyanların danışmağa hər zaman ən azı bir mövzüsü olur. Əslində onlar xarici görünüşcə heç kəsdən fərqlənmirlər. Və əsas məsələ də ondadır ki, heç kəsin görə bilmədiyi həmin o fərqliliyi kitabçılar bir birində asanlıqla görür. Şəkillərə baxmaq istəyərdiz? Mən bu cür illüstrasiaları çox sevirəm, çünki onların hər birində özümü, öz həyatımı görürəm. Mən də bir kitab oxuyan olduğum üçün sözlərə çox yer vermək istəmirəm. Gəlin şəkilləri danışdıraq. :) Başladıq:

BELƏ YAZDILAR..

*** Sən keçib getdin, Keçmədi sən olan yerin ağrısı.. Həkim, kömək edin, Əzab çəkirəm! Göz yaşı sözlərlə necə yazılır? *** Sevgi nədir ki? Bunun birlikdə ölməyi də var. Yersiz darıxmağı, Yemək boşqabında, Qol saatında Üzünü görməyi də var. Sevgi nədir ki? Bunun ağlaya ağlaya Gülməyi də var.. Olmayan adamı, Gedən adamı, Sevməyən adamı Gözləməyi var... *** Ortaq cəhətimiz var Hər səhər oyanıb nifrət edirik, Günorta unuduruq, Axşamlar ağlayırıq, Xatırlayanda gecələr Sevirik bir-birimizi... ***  Biz ikimiz, sən və mən. Çoxuq, Bəs etmirik, Sığmırıq bir həyata.. Tək heç nəyik. Yoxuq, Nəfəs almırıq ayrılıqda. Nə birlikdə varıq, Nə yalnız yaşayırıq. Bu nə sevməkdi, Nə ayrılmaq. Nə ölməkdi, Nə yaşamaq. Belə axmaq bir şey... Cəmil Salmanlı

SOMETHİNG... :)

Image
.."Əhməd haradadır?" kinosunda Ceyrana baxandan sonra kamazın yük daşınan hissəsində getmək həvəsi .."Bizim Cəbiş müəllim" kinosunda Tanya ilə Makedona baxandan sonra dama çıxmaq istəyi .."Şərikli çörək" kinosunda Vaqifə baxandan sonra İçərişəhərdə balaca da olsa bir evə sahib olmaq arzusu .."Liftçi qız" kinosunda Laləni çəkən rəssama baxandan sonra rəssam olmaq niyyəti .."Mələklər şəhəri" kinosunda Meg Rayana baxandan sonra velosipeddə əllərimi yana açıb küləyə qarşı sürət ehtirası .."Koko do Şanel" kinosundan sonra daha zövqlə və səliqəli geyinmə diqqəti ..adını unutduğum, musiqisini xatırlamadığın hansısa müğənninin klipinə baxdıqdan sonra qatar yolunun üstü ilə xeyli yol getmək fikri və s. və s. və s. və s. . . . ilə ;) ..to be continued, but not sure :)

Sevdim səni

Yavaş-yavaş sevdim səni, Hər gün bir az da sevdim. Ən çox bu qış sevdim səni, Qarda, ayazda sevdim. Gör bir nə tez isinişdik Havalar soyuyanda. Adamlar qalın geyinib, Ağaclar soyunanda. Qar altından baş qaldıran Çiçəktək sevdim səni. İstisinə qızındığım Ocaqtək sevdim səni. Hələ bu cür sevməmişdim Ömrüm boyu heç kimi. Səni sevdim qar üstündə Yem axtaran quş kimi. Qorxa-qorxa bu sübh çağı Nə baxırsan göyə sən? Deyirsən ki, günəş çıxıb, Qar əriyir deyəsən… Ramiz Rövşən

Heç olmasa bir dəfə

Hamının heç olmazsa bir dəfə gözlədiyi bir adam olur Lazım olmayan zamanda gələn Hamı heç olmazsa bir dəfə suallarına cavab axtarır Tanımadığı adamın gözlərində Hamının heç olmazsa bir dəfə Tanımadığı adama işi düşür Tanıdığı adamlardan danışmağa Hamı hec olmazsa bir dəfə görüşə çağırır kimisə görüm gələcəkmi deyə Hamının heç olmazsa bir dəfə balaca bir gündəliyi olur Unutmağa saxladığı Hamı heç olmazsa bir dəfə Tavana ağcaqanad izi qoyur Maraqsız gecələrdə baxmağa Hamının heç olmazsa bir dəfə yaşamaq şansı olur. arzulamadığı həyatını yaşamaq Hamı heç olmazsa bir dəfə doğulur ki, tək qalmasın Ömründə bir dəfə doğulanlar Hamının heç olmazsa bir dəfə İtirdiyi bir gənclik olur "İnşallah"la itirdiyi Hamının heç olmazsa bir dəfə gözlərini yumub dediyi bir söz olur: "Heç olmazsa bir dəfə!" Raqif Raufoğlu 

ARTHUR GOLDEN - GEYŞANIN MEMUARLARI...

Image
Arthur Goldenin bu əsərini hələ yeniyetmə olanda, hələ fəvvarələr bağının köhnə tarqovı vaxtında, kitab passajı deyilən o şəkillərlə dolu arkaların birində kitabları düzən dayının kitablarının içində görmüşdüm. Kitab rusca idi "Мемуары гейшы". Onda əlimə alıb o tərəf bu tərəfə çevirəndə bacım kinosuna baxdığını və çox maraqlı olduğunu dedi. Elə o vaxtdan da fikrimin bir küncündə saxlamışdım. Keçən ilin axırlarında Bakumozda ikinci əl kitabların içində onu görüb almaq istədiyimi desəm də artıq gecikmişdim. Alınmışdı :) nə üçünsə məhs bu kitabı ikinci əl kimi istəyirdim. Bu ilin fevral ayında isə yenə də Bakumozda ikinci əl kitabların siyahısını görəndə tez yazdım və budur kitab aylar idi kitab rəfimdə oxunacağı zamanı gözləyirdi. Nəhayət ki o gün gəlib çatdı. Cəmi 3 günümü aldı :) Yəqin ki işlədiyim işlə əlaqədar olaraq çin, yapon, koreya kimi millətləri gözlərinin quruluşuna görə bir birindən ayıra bilirəm. Əsəri oxuduqca da gözümün qabağında hamısını bir bir canlandırı

MƏMMƏD ƏFƏNDİYEV KÜÇƏSİ...

Image
İstiqlaliyyət küçəsindən Axundov bağına döndüyüm Məmməd Əfəndiyev küçəsi. Tək tərəfli maşın yoludur, səhərlər sadə görünür. Adi bildiyimiz keçid küçələrindən biri. Amma gecələr Bakının iri sarı işıqları simiclik eləmir, o küçəni də bəzəyir. Və hər şey oktyabrın sonuncu şənbəsi saatların əqrəblərini bir saat irəli çəkməklə başlayır. Əvvəllər günəşli olan 6 radələri, qaranlıqda sarı işıqlara boyanır. İstiqlaliyyət küçəsindən Axundov bağına döndüyüm Məmməd Əfəndiyev küçəsi.. Bu gün də hər gün keçdiyim kimi həmin küçədən keçəndə birdən dayandım. Yola baxdım. Sakit idi. Və işıqlar səhər heç söndürülməyəcəkmiş kimi gur-gur yanırdı. Yol ortasında durub laaap sondakı işığa baxdım. Bəlkə də bir iki yoldan keçən də mənə baxırdı yolun ortasında qəfil dayandığım üçün, bilmirəm.. Fikrim bir neçə müddət əvvələ qaçmışdı yenə çünki. Anamdan sonra hər dəfə o sonuncu işıq mən altından keçəndə sönürdü. Bilmirəm.. Bəlkə də adi bir təsadüf idi. Ya mənim əlamətlərə inamım. Amma hər dəfə niyə başqaları

1-13-31 ok t ya br

Image
Bəli..  sonunu həvəslə gözlədiyim, təqvimimdən məmnuniyyətlə çıxarmaq istədiyim, varlığını imtina eləsəm də yaşamağa məcbur olduğum "çətirsiz oktyabr"..  hər şeyin sonu olduğu kimi sənin də 2014 üçün sonun gəldi.. bir zamanlar ən xoş günlərimin boxçası olan oktyabr.. ..indi özüm yumaq olub, bükülüb gizlənirəm hər günündə. Səni necə yola salıram!? Bağışlayacaqsan amma heç vaxt məndən səni yola salmaq üçün yollarına qırmızı xalı sərəcəyimi gözləmə!  Sənə "çətirsiz" desəm də, anamın zoğalı rəngli çətiri var məndə.. Qızdırmayla mübarizə üçünsə zoğallı çayım. Gedə getdə belə mənə edəcəyini etdin sən! Amma sən gedəcəksən, Mən sağalacağam! İndi isə bəsdi incitdiyin ..di çıx get, nəfəs alım bir az :)

UP..

Image
Mənim kinolara, animasiyalara olan həvəsim kitaba olan qədər deyil. Kitabqurdu dostlarıma, onların kitabla bərabər kinoya olan həvəslərinə baxanda ruslar demiş "белое зависть" yaranır içimdə :) Amma özümü məcbur edə bilmərəm ki onlara bənzəyim. Fikrimcə insan olduğu kimi, hiss etdiyi kimi qalanda təbii olur. Ona görə mənə də onlara, kinoya olan maraqlarına həvəslə baxıb, zövq almaq qalır.  Özüm isə bu dəfə personajlarını çox bəyəndiyim, 2009-cu ilin məhsulu olan "Up" animasiyasından danışmaq istəyirəm.  <<< Bu şəkil keçənlərdə qarşıma çıxmışdı və ilk ağlıma gələn elə "Up" animasiyası olmuşdu. Və neçə müddətdir ki, baxmaq istədiyim filmə bu şəkil təkan oldu deyəsən. Nəhaytə ki, eynəyimi taxıb baxdım. :)  Filmin ilk 10-15 dəqiqəsinə baxanda, əslində hisslərimi cilovlaya bilmirdim. Axı.... Bilmirəm nə üçünsə özümü Ellie-ə bənzətdim. Gələcəkdə mənim Carlımla mən də eyni həyat yaşayacağammış kimimə gəldi :) Amma bir məsələ var ki, bizim &qu