BELƏ YAZDILAR..

***
Sən keçib getdin,
Keçmədi sən olan yerin ağrısı..
Həkim, kömək edin,
Əzab çəkirəm!
Göz yaşı sözlərlə necə yazılır?
***
Sevgi nədir ki?
Bunun birlikdə ölməyi də var.
Yersiz darıxmağı,
Yemək boşqabında,
Qol saatında
Üzünü görməyi də var.
Sevgi nədir ki?
Bunun ağlaya ağlaya
Gülməyi də var..
Olmayan adamı,
Gedən adamı,
Sevməyən adamı
Gözləməyi var...
***
Ortaq cəhətimiz var
Hər səhər oyanıb nifrət edirik,
Günorta unuduruq,
Axşamlar ağlayırıq,
Xatırlayanda gecələr
Sevirik bir-birimizi...
***
 Biz ikimiz, sən və mən.
Çoxuq,
Bəs etmirik,
Sığmırıq bir həyata..
Tək heç nəyik.
Yoxuq,
Nəfəs almırıq ayrılıqda.
Nə birlikdə varıq,
Nə yalnız yaşayırıq.
Bu nə sevməkdi,
Nə ayrılmaq.
Nə ölməkdi,
Nə yaşamaq.
Belə axmaq bir şey...

Cəmil Salmanlı

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)