OXUDUĞUM KİTABLAR...
2011-ci ildə oxuduğum kitabların siyahısını və hər kitab barəsində bir iki fikirlərimi qeyd etmək qərarına gəldim. Başladıq: 1. Nüşabə Məmmədli - "Vicdan dustağı" (Bəsit, mənasız, məişət..) 2. Frans Kafka - "Çevrilmə" (Kafka stili..) 3. Nəzakət Əfşani - "Ağlama mələyim" (Bəsit, mənasız, məişət No.2.. ) 4. Əli Əkbər - "Artuş və Zaur" (Nifrət edərək oxuduğum ilk əsər..) 5. Elxan Elatlı - "Qisas gecəsi. M.İbrahimov" (Şərhsiz..) 6. Günel Anarqızı - "Altıncı" (Çoxu bəyənməsə də mən bəyəndim. Təsirli..) 7.Əli Əkbər - "Amneziya" (Bu əsəri Brusseldə oxuyurdum :)) 8. Paulo Koelyo - "on bir dəqiqə" (Kitab bayramında almışdım, açıq fikirlərlə dolu olub sətiraltı yazılan əxlaq normalarını nisbətən aşan əsər. Əli Əkbərin əsərləri ilə müqayisədə tərbiyəli :)) 9. Xalid Hüseyn - "Çərpələnuçuran" (Favorit əsərim. Kim kitab məsləhəti istiyirsə birinci bunu məsləhət görürəm. Aktual, maraqlı