Posts

SƏNZİLİKDƏ İSLANDIM...

Image
Bu gün bir sənli xatirələri, bir də sənsizliyi mənə xatırladan kitablarımdan birini qoydum çantama.. Çıxdım yola. Hamı yağışdan islanarkən bu sabah, mən də sənsizlikdə islandım hamıdan xəbərsiz. Gizləndim təkliyin çətiri altında və dinləmədim yağışın nəğməsini. Sadəcə playlistdən seçdim ən romantik mahnını.. Bir də ətrafı seyr elədim bolluca.. Hamı qaçarkən yağışdan islanmanın qorxusu ilə, tələsmədim bircə an da.. Onsuz da üzərimə yağan yağış deyil, sənsizlik idi.. Mənsə çoxdan islanmışam sənsizliyin yağışında..

FİKİRLƏRİM...

Çoxdandı ki bloguma heç nə yazmıram.. Açıram, baxıram, fikirləşirəm, bağlıyıram. Fikirlər məndən qaçır elə bil. Sadəcə hər şey qarışıq olduğu üçün fikirlərimi bir yerə yığa bilmirəm və qaçıb gedirlər, dağılışırlar.. Bəs qaçıb hara gedirlər? Axı özbaşına qala bilməz heç bir düşüncə... Onların ünvanı bəlli olmasa deməli "dəlixana"dadırlar. Amma axır ki, cilovlaya bilmişəm ipini fikirlərimin.. Bilirsiz hara qaçıblar? Kitabların yanına... Harda itirsəm fərqli bir kitabın içində tapıram.. Sanki keçmişə qayıtmaq üçün oxuduğum hər kitabda nə vaxtsa nə düşündüyümü, hər cümlənin fikirlərimin hansı döngəsində ilişib qaldığını araşdırır.. Təklik xəstəliyindən əziyyət çəkir. Axı bu müvəqqətidi.. Yenə kitab rəfimlə üzbəüz.. Fikirlərim oradakı kitabların səhifələri içində ruh kimi dolaşır... Nə deyim mən axı işğalçı fikirlərimə!?

ONUN MƏSLƏHƏTİ İLƏ...

Image
Getdi... Getdiyi günü özüylə məni məndən qoparıb apardı, amma məndəki özünə dəyə bilmədi.. Əslində bu gedişdə ağlamağın yeri olmadığını, getmə deməyin mənsız olduğunu yaxşı dərk edirəm.. Çünki bu bizim istəklərimiz xaricində və məcburidir.. məni tək ovudan bunun ömürlük olmadığı, onsuzluğu sadəcə bir ilə sığışdıracağımdır (İnşallah).. Getməzdən əvvəl uzun bir siyahı saymışdım ona həvəslə - "..planımda dil kursları, rəqsə getmək, rəssamlıq, çoxlu kitab oxumaq var" ..və sair buna bənzər nələrsə saymışdım.. (Düzü dəqiq yadımda deyil rəqsə getməyi o getməmişdən əvvəl fikirləşmişdim ya təzəliycə fikirləşmişəm =)) Baxıb gülümsəmişdi saydıqlarıma, elə-belə.. həmişəki kimi.. ...o yanımdakən deyib-gülüb saydıqlarımı əslində yanımda olmayanda onsuzluğu nisbətən unutmaqçun eləyəcəyimi unutmuşdum. Bu gün qəfil xatırladım... tam qəfil yaxaladı reallıq məni və düşünürəm ki, mən onları əslində bir ilə sığışdırmışdım xəyalmda. İndi isə onsuz əlim heç bir işə yatmır.. Onunsa mənə dediyi tamam

BİR ŞEİR...

Gözəl bir bahar günü, Səninlə mən, ikimiz, Çıxaydıq bu şəhərdən, Qərib quş tək uçaydıq, Təbiətin qoynuna. Məskənimiz nə dəniz, Nə də ki, dağ olaydı. Bir tərəfdə çəpərdən, Yamyaşıl bağ olaydı, Bir tərəfdən axan çay. Biz isə sahilində, Çay süfrəsi açaydıq. Sonra bahar yelindən, Tutub xeyli qaçaydıq, Çay daşından ataydıq, Elə çay quşlarına, Sonra bizi tutaydı, Qəfil çoban mürgüsü, Mürgüləyib yataydıq, Beş- altı dəqiqəlik. Sonra gələn dumandan, Göz- gözü görməyəydi, Gözümüz çən- dumandan, Gündüzü görməyəydi, Toqquşaydı buludlar, Hünərin var, bax göyə. Bir yağış yağaydı ki, Tut ucundan, çıx göyə. Sığınaydıq daşlara, Ikimiz də susaydıq, Çəməndəki quşlara, Birgə qulaq asaydıq. Sonra, Açılaydı göy üzü, Və bu şıltaq təbiət, Yenə aldadıb bizi, Bizimlə oynayadı. Qayıtmaq istəyərkən, Hava qaralıq daha, Dönməliyik deyərkən, Yenidən tutulaydı. Yox! Yox! Biz ölməyəydik, Deyirəm ki, sadəcə, Qayıda bilməyəydik. Gecəni orda qalıb, Bir alaçıq quraydıq. Sevgim

AĞ GÖYƏRÇİN KİMİ...

Image
Xeyal qurmaq ne qeder asandi... Gozunu yumursan ve hemin anda olmaq istediyin yerdesen.. wagirdsense telebesen, telebesense ixtisasin uzre mutexessis, belke valideynsen, ya ag gelinlikdesen, ya da xeyalinda ag infiniti surursen, ne bilim ve saire.. ve saire.. ne coxdu xeyallar.. arzular.. Gozunu acdigin zamansa xeyallardan tam ferqli bir dunya, real heyatin seninle oynadigi surpriz oyunlar, olmaq istediyinden ferqli oluwuna bes ne demeli!? Bezen arzularina, xeyallarina o qeder inanirsan ki, reallawmagini o qeder isteyirsen ki ozunu oldugundan ferqli prizmada, mehz gormek istediyin yerde olduguna inandirirsan.. bes neticeler? onlardami insanlarin isteyine uygun reqs edir? onlarin ritmi axi insanin caldigi ile eyni olmadi hec vaxt.. Amma belke de her wey cox sade idi.. Xeyal qurmaqdan da sade.. Bir hedef idi secilmiwdi. Meqsedli idi, eziyyetli idi, belke de zamani idi.. O zaman ki onu daha bir zamana calawdirmaqla omurden bir ili bir gun kimi kecirmek ucun idi her wey. Belke de muveqqeti

MY AZERBAIJAN by the foreign

Image
IMTAHAN GÜNÜ YAXINLAŞDIQCA HƏYƏCAN DAHA DA YAXINLAŞIR RUHUMA....

SƏN MƏNİM İYUNUMDA...

Mənim sənli yayım.. Hər fəslimdə, ilimin hər aylarında həyatımdasan.. Məndəsən, mənimləsən.. Qışda hərarətinlə qızdırdığın əllərim, istilərdə sevginin gətirdiyi rahatlığın sərinliyi ilə həyata daha çox sarılır.. Daha çox sevgidən yapışır, bəlkə də iki, və səndən borc aldığım daha iki, dörd əllə yapışır.. bərk bərk.. Təki sən olasan.. Gözümü yumub açaraq başa vurmağı vəhçicəsinə arzuladığım o bir ilin gətirəcəyi bütün sevgi oyunlarına özümü hazır etmək.. Uzaqlaşmaq MƏNDƏN.. Yaxınlaşmaq SƏNƏ.. SƏN olmaq, ruhuna köçəmək və orada yuva qurmaq.. Sənsiz keçirdiyim yay fəsilləri.. Bu sonuncusumudu görəsən!? ..sənin ətrin çəkiləcək Bakıdan.. Yanvarda da, elə gələn ilin İyununda da.. bir ilə sığacaq bütün günlərdə külək sovurub aparacaq MƏN dadında SƏN ətrini... STOP!!! Replay - ...və səndən borc aldığım daha iki, dörd əllə yapışır.. bərk bərk.. Təki sən olasan.. Nələr düşünür beynim.. 21-cini yaşadığını fikirləşdikcə, öz 21-mə qayıdıram.. səninsə 19-nu.. Qaçaqmı keçmişə? İstərdinmi.. qeyri real

ÇƏRPƏLƏNG UÇURAN...

Image
"Sənin üçün min yol!"    Bu kitabı birinci dəfə bloggerlərdən birinin blogunda görmüşdüm. Maraqlı fikirlər yazmışdı kitab haqqında, digər bir saytda da isə yükləmək üçün əsərin elektron versiyasın yerləşdirilmişdi. Kitabı yüklədim amma heç vaxtım olmadı oxumağa.. (yüklədiyim digər elektron kitabları oxumadığım kimi) ..amma bu gün mənə nəhayət ki, təsir edən kitabın, mənim düşüncələrimi özünə cəlb edən əsərin şəxsi kitabxanamda olması məni sevindirir.. Olduqca maraqlı.. Olduqca dərin.. Olduqca sadə.. ÇƏRPƏLƏNG UÇURAN.. (The Kite Runner) P.S. Bu əsərin kinosu da maraqlıdı, əsəri oxuduqdan dərhal sonra mənim istəyimlə kinonu da tapdı mənimçün. Buna görə Ona xüsusi təşəkkür :)

KITAB BAYRAMI...

Bu gün Flarmoniyanın bağında kitab bayramı olacaq... İşdə pəncərədən baxıram xeyli adam axışır ora, bu sevindirici haldi. :) Hələki özüm getməmişəm. Fikrim var "obedde" gedib baxım. Maraqlı olacağ yəqin ki.. Kitaba marağın artması bir kitabsevər kimi məni də sevindirir.. Bu günün davamı olacaq... saat 11:34 Kitab bayramına yorğun olmağıma baxmayaraq getdim. Həm də böyük məmnuniyyətlə.. Sözsüz ki, həmişə narazı olan azərbaycan xalıq burda da bəzi narazıçılıq tapmağa səbəb tapmışdı, amma onsuzda həyatda heç nə həmişə mükəmməl olmur və o cümlədən buna uyğun olaraq, zövqlər müztəlifdi prinsipini irəli sürürəm. Şəxsən mən bəyənənlər sırasındayam.. Həmin gün özümə iki kitab aldım P. Koelio "On bir dəqiqə", Xalid Huseyni "Çərpələng uçuran".. Və bu məni çox xoşbəxt elədi. Bilmirəm.. Ümumiyyətlə kitab almaq məni həmişə çox xoşbəxt eliyir. Yaxşı ki, həmin günün davamında mən şəxsi kitabxanamı daha 2 kitabla artırmağı bacardım :) 29.05.11, saat 23:22