Posts

30 APREL, 2009 ADNA - MƏNİM XATİRİMDƏ...

Image
İndiyə kimi yadımdadı o gün... 4cü kursu bitirirdim. Patok yoldaşım zəng elədi.. "28 maya getmə orda aləm qarışıb bir birinə...." Düzü heç o tərəflərdə işim də yox idi amma qəribə təşvişə düşdüm. Tez TV-ə tərəf qaçdım. Xəbərlərə hələ var idi. Kanalları durmadan çevirirdim.. Bütün tanıdıqlarıma və o tərəfə gedə bilmə ehtimalı olanlara zəng elədim xəbər elədim.. TV hələ də susurdu... Və nəhayet... Diktor həyəcanla xəbəri verəyə başladı.. "Azərbaycan Dövlət Neft Akademiyasındakı terror aktı... Şəxsiyyəti məlum olmayan biri.. atəş açılaraq.. deyirlər ki..... Axtarışlar davam edir..." və sair.. Tutulub qalmışdım.. Heç nə dərk eləmirdim. Yavaşca qalxdım, universitetə getdim.. insanların üzünə baxdım hamıda kədər.. havada onda yadımdadı tutqun idi.. Çoxsu yaşıdım olan tələbələr.. Müəllimlər.. Təzə gəlin.. Qatıq satan.. nə diyəsən bunu törədib, özünü öldürən o vicdansıza!!? heç bir sözə layıq olmayan, o cür asan ölümə layiq olmayan insan adını daşısa da zərrəcə insan olma

DARIXIR ÜRƏYİM....

POZMAĞI DÜŞÜNDÜYÜM AKSİOMLAR...

Image
Pozulmayan qanunlar... İnsanlar tərəfindən əsasi qoyulan və bütün dünyanın əhalisi tərfindən qəbul edilən aksiomlar.. hansi ki biz dünyanı dərk edəndə onu elə bildik, bu dünyanı tərk edəndə də elə biləcəyik.. Hətta bizdən sonra da bu belə qalacaq... Amma hərdən istər istəməz bu aksiyomları pozmaq fikri gəlir mənə.. axı nə üçün ayin 33-ü yoxdu, ya da həftənin 8-ci günü.. mən 1 dəqiqədə 61-ci saniəni gözləyirəm hərdən, 1gündə 25-ci saatı... rast gəlməyəcəyimi bilə bilə 1 əsrin 101-ci ilini axtarıram tarixdə.. Mendeleyevin cədvəlində axtardıqlarımı da tapmadığım üçün əlavələr eləmək istədim.. Amma mən alim deyiləm axı, alınmadı.. Əşşiii, heç pozulmayan aksiomları da pozmağa gücüm yoxdu.. Deyəsən heç həvəsim də.. Fikirdi də gəldi özüyçün.. :) My thoughts lost...

KÖÇƏRİ QUŞ...

Image
Qız köçəri quşdu deyib atalarımız... Gəlir və gedir... Amma mən bununla razı ola bilmədim bu dəfə.. Axı necə razı ola bilərdim!? Quşların uçmağı kimə təsir edir ki, kimin gözü dolur axı onları yola salanda!? Ya da kim xeyir dua verir quşlara köç edəndə!? Kim quşa xına yaxır, toy eliyir? Həm də axı quş qayıdır yenidən... bahar olunca dönmürmü evinə!? ...Bəs köçəri qız!? Neçə il valideynlərinin qurduğu yuvada "bala" olur və sonda özü hansısa bir yuvada "bala"ya ana olmaqçun bir ömürlük gedir... və geri dönmür... qonaq olur sadəcə. Vağzalı sədaları altında suzlur ağ gəlinlikdə valideynlərinin ovcundan göz yaşları ilə.. xoşbəxt olmaq ucun.. "köçəri quş" olmamaq üçün.. Özünə ömürlük yuva qurmaq üçün.. XOŞBƏXT OL BACIM!!! 23.04.2011

KISS THE RAIN...

Image
Yağışı öp, Nə vaxtsa mənə ehtiyacın olsa.. Yağışı öp.. Nə vaxtsa mən səndən lap uzaqlarda olsam.. Əgər özünü və ruhunu Bu böyük dünyada kimsəsiz və tək hiss etsən Yağışı öp.. və.. sübhün gəlməsini gözlə mənim kimi.. mənimlə birlikdə.. Biz eyni səmanın altındayıq, uzaqlarda olsaq belə.. ..və gecələr mənimçün də sənsiz boş.. darıxdırıcı.. qorxuludu.. Bu boşluğu, qorxunu birlikdə keçək gecənin içindən.. Əl-ələ verək gecələrdə də.. Əgər hiss etməsən hərarətimi, Bax göyün üzünə və Yağışı öp.. O da damla-damla süzüləcək üzündə.. Saçlarını oxşayacaq mənim kimi.. Qorxuların çəkiləcək.. Gəcənin zülməti üşütməyəcək səni.. Beləcə gecə keçəcək.. Dan yeri söküləcək.. Əgər sən hiss etsən ki, sübhə qədər gözləmək çətin olacaq.. Ürəyin daralacaq.. Sadəcə.. Öp yağışı... Yağışı öp... P.S. Yağışlı bir gündə SƏNİ düşünərək yazdım...

EUROVISION - 2011

Image
Nəyə görəsə Avropa ölkələri bu müsabiqəyə olduqca böyük önəm verirlər.. Niyəsini hələ araşdırmağa vaxtım olmuyub düzü. Çünki, bu yarışmanı izləməyə başladığım vaxtdan aprel-may ayları həmişə məşqul oluram, digər vaxtlarda da yadıma düşmür ki, bu səbəblərə özüm üçün aydınlıq gətirim. Bir onu bilirəm ki, Eurovisiona qatilan hər bir ölkə əslində çox gözəl bilir ki, bu məhz siyasi yarışmadır. Elə olmasa idi, musiqi bütün sərhədləri aşır prinsipi olsaydı Azərbaycandan düşmən Ermənistana səs vermək mümkün olardı (yaxşı ki bu mümkün deyil!!). Ya da hər dəfə Türkiyədən gözlədiyimiz ən yüksək göstərici və həmçinin bizim onlara verdiyimiz ən yüksək göstərici.. Qarşılıqlı dostluq prinsipi.. :) 2008 - Samir&Elnur, 2009 - Aysel&Arash, 2010 - Safura, 2011 - Eldar&Nigar.. bu bizim, Azərbaycanın Avropanın ən məşhur yarışmasındakı tarixidir. Düzü necə olur bilmirəm, bu qısa zaman ərzində elə də pis nəticələr gösətrməmişik. İndi burda da siyasi mövqenin, yoxsa həqiqətən də Azərbaycan musiqis

ANLAŞILMAZLIQ...

Düzü insan anlayışı onsuz da həmişə mürəkkəb olub.. Amma keçmiş vaxtlarda elə idi ki, insanların iç aləmlərini, onların daxildə nə düşündüklərini əslində elə də bilmək olmurdu.. Müasir zaman isə tamam fərqlidi. Bloglar, forumlar və s. bu kimi virtual məkanlar insanların daxili aləmlərini, onların əslində nə düşündüklərini və necə düşündüklərini göstərir.. Mən insanlara baxdıqca anlaşılmaz hisslər keçirirəm... Necə ola bilər ki, bir insan içində bu qədər neqativ hisslər daşıya bilər... və usanıb bezmədən, utanıb çəkinmədən elə bu istiqamətdə yaza.. yaza.. yaza.. Necə deyim, adtəim üzrə google-dan azəri bloglarin axtarışını verdim... mənə maraqlıdı gənclərin düşüncə tərzləri və daxili aləmi.. Nə yalan danışım çox vaxt təəccüb işərisindəki təəssüflə oxuyuram yazıları.. Dəfələrlə əsəbləşdiyim də olur, bəyənib oxucusu olduğum da... Hal hazırda bu yazının əmələ gəlməsinə səbəb isə bir "tupoy" fikirli bloggerin "tupoy" yazısı oldu (ifadəmə gösrə üzr istəyirəm).. nə bilim..

QAPINI AÇ... MƏNƏM AYRILIQ!

Qapım şiddətlə döyülür... arzuolunmaz qonağı nə qova bilməyə güçüm çatır, nə də içəri dəvət etməyə istəyim.. Qərarımın qərarsızlığını yaşayan qorxunc dəhşətlər içində dinləyirəm qapının arxasından gələn hənirtini... nə qədər hədələyici, kinayəli, ikrah dolu hənirtilər eşidirəm.. nə edim!? necə qovum məndən əks tərəfdə duran və mənə, həyatıma təzyiq gösətərən o hədəni!? təsirimin güçünə bələdəm, sadəcə ammalar içində ilan tək qıvrılır, qıvrılıram... Qapı isə hey şiddətlə döyülür... qışqırır ki, aç qapını aç!! Mənəm ayrılıq....! *** Ayrılık kapıyı çalıyor açma Biraz daha düşün zamanımız var.. Ne günler yaşadık bak sayfa-sayfa Seninle yazılmış romanımız var... Gönül kapısından hemen uçma dur! Selamsız vedasız böyle kaçma dur! Bilinmez yerlere yelken açma dur! Seninle mutluluk limanımız var... Bir anda yokuşa çevirme düzü Darqınlık bir aşkın tadı ve tuzu Hatırla Tanrıya verdiyin sözü Ayrılmak yok diye yeminimiz var...

- 27.03.2011 - 02.04.2011 - BAKI -BRÜSSEL -

Image
Növbəti səfər idi... Bu dəfə daha fərqli idi, çünki bu qocaman dünyada tamamilə tək qalmişdim... özüm ilə baş-başa idim... Uşaqlıq arzum... doğurdan da gerçəkləşdi... Səfərlərdə görüşərik :) FOTOLAR:

HARDASAN!?...

Image
Nəyin sevdim bu yazığın.. Nəyin sevdim bu yazığın!? Uzağın, vəfasızın... Hardasan!? Hardasan!? Harda.... Əzizim Fellini k/f, soundtrack, Cavidan Novruzov