ƏZİZ OLASAN...
Əziz olasan... Əslində necə gözəl sözdür deyilmi? Əzizlənmək, əziz olmaq, dəyərlisi olmaq mənasında.. elə deyilmi? Hər zaman əziz olasan... Bu arzunun mənasını sanki indi hiss etdim.. Və yazmaq istədim.... Əziz oldum mən də bu il, doğum günümü əzizlərimlə qeyd edib əzizləndim. Əlbəttə ki, xoşbəxtəm. Xoşbəxt olmağı seçmək də seçməməkdə öz əlimizdədir. Bunu isə böyüdükcə, və əslində həyatımızın məhz bizim seçimlərimizdən ibarət olduğunu tam anlamıyla dərk etdikdən sonra buna inanıram. Və mən də əziz olmağı seçdim. İlk dəfə 14 il əvvəl blogumda ilk ad günüm üçün yazanda 23 yaşım olurdu. Bu gün isə nə az nə çox düz 37 yaşımı qeyd etdim. Müqayisələr qaçınılmazdır. Özümü daha böyümüş hiss edirəm sanki. Mənəvi olaraq içinə dönmüş və planları olan bir qadın... Artıq qızcığaz deyiləm, olmaq da istəmirəm artıq... Dünyaya baxışım, həyatı dərk etməyim insanlarla münasibətim dəyişib və dəyişməyə davam edir. 23 yaşımda olmazlarım olar, olar dediklərim tamamilə istəklərimin siyahısından çıxıb....