KAKTUSUN GÜLÜ :D

Klişe sözlərdən qaçmaq üçün özündən müraciət formaları çıxartmaq məcburiyyətində qalırsan bəzən. Amma bəzi sözlər var ki onlar şablon olsa da sevirsən, əl əxsus da sənə müraciət olunanda..
məsələn hər şeyim deyəndə əslində nə boyda yükün altına girdiyini duyursan, balam deyəndə onun yanında laaap balacalaşırsan, sevgilim deyəndə sevildiyini, sevdiyim deyəndə yalnız səni sevdiyini hiss edirsən, həyatım deyəndə hər şeyinlə səni qəbul etdiyini başa düşürsən, səni sevirəm deyəndə bu iki sözün birləşməsini ancaq və ancaq onun dilindən onun səsi ilə eşitmək istəyirsən. Bir də durduq yerdə məni niyə sevirsən? Mənim nəyim xoşuna gəlir? suallarının cavabını axtarırsan. Gülüm deyəndə incəsi olursan və əgər sevdiyin güllə səni çağırırsa.. :) mənsə bu gündən etibarən "kaktusun gülü" oldum. Kaktus fəlsəfəmizi birlikdə yürdüəcəyik.. sadəcə birlikdə. . . gələcəyimizdə.
..və bir il sonrakı hədiyyəmin nə ola biləcəyini açdım sənə. Sözümü sevdin. Mən səni sevdim. Sənsə yenə də məni sevdin.
..həmişə sevdin. . .

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)