BETTİNA BELİTZ - "AŞK KIRIKLARI"

BAŞLAYANDA:
İki il əvvəl "Əli və Nino"-da türk dilində kitabların düzüldüyü rəfi qarışdıranda "Aşk kırıkları" kitabının bəzəkli üz qabığı, adı mənə romantik bir əsər, melodrama tipli kitab olduğunu pıçıldadı. Od qiymətinə aldığım kitabı bir dəfə bacım əlinə alıb oxumaq istəsə də, onun məhşur kitabı yarıda buraxma sindiromu özünü bu əsərdə də biruzə verdi. Mənim üçünsə oxuma zamanım 2 il sonraya təsadüf elədi. Demək olar ki, bir ay idi ki oxumaq üçün yastığımın qırağına qoyduğum və hərdən birdən bir iki səhifə oxuduğum 614 səhifəlik kitabı 50-ci səhifələrdən sonra 3 gündə bitirdim.

ALDANIŞ:
Nəhayət ki, mən də kitabın üz qabığına aldandım.
"Harry Potter", "Twilight" və bu kimi qəbildən olan heç bir kitabı heç zaman oxumamışam və diqqətimi də çəkməyiblər. Bilmirəm nəyə görə, amma uşaqlıqdan fantastik və başqa dünyalardan bəhs edən kitabları sevməmişəm heç vaxt. Mənə maraqlıdır ki, Alman yazıçısı olan xanım Bettina Belitz nə üçün əsərinin mistik və fantastik olduğunu nə kitabın üz qabığında, nə də ki annotasiyasında bildirməyib. Bəlkə də, bildirmiş olsaydı heç vaxt o qədər pulu verib bu kitabı almazdım. :) Amma necə deyərlər hər şeyin bir ilki olmalıdır. Bu janrda kitabı xəbərim olmadan əlimə alıb oxumağa başlasam da, peşman olmadım. Yəqin ki kitabı oxuduğum zaman keçirdiyim hissləri insanın heç zaman dilinə dəyməyən meyvənin dadına baxdığı zaman keçirdiyi hisslərlə müqayisə edə bilərəm. Dadını bəyəndimmi? Bəli, həqiqətən bəyəndim.

ƏSƏR HAQQINDA:
Əsər əvvəlcə ürəysıxıcı və darıxdırıcı başlayır.
Elisabeth Sturm ailəsi ilə Almaniyanın ucqar qəsəbələrindən birinə köçür. Köln kimi böyük şəhərdən gələn 17 yaşlı qız üçün bura çox darıxdırıcı, maraqsız və ölümə bərabər bir yerdir. Hadisələrin sonrakı gedişatı əvvəli ilə bir növ bağımlı olsa da daha fərqli ölçü alır və hər şey olduqca sirli həyat keçirən Colinlə tanışlığından sonra başlayır. Axı nəyə görə atası məhz o qəsəbəyə köçür? Bəs Ellenin atası ilə Colini nə birləşdirir? Tessa kimdir? Bu suallara cavab axtara-axtara əsərdə xəfif sevgini də hiss eləmək kitaba maraq qatırdı. Əgər həqiqətən də fantastika həvəskarısızsa, bu kitabı oxumağı məsləhət görürəm. Çünki bu cür əsərləri sevməyən mənim kimi birini belə özünə çəkməyi bacarmışdı.

MƏNƏ TƏSİRİ:
Kitabı oxuyarkən özüm də bilmədən birdən birə var olmayan həyatın içində hiss elədim özümü.
Kitabı yarı eləməmişdən əvvəl internətdə axtarış elədim və əslində "Aşk kırıklarının" "Kırık kalpler serisi" adlı trilogiyanın birinci hissəsi olduğunu gördüm. Digər iki hissə isə "Hayal kırıkları" və "Kalp kırıkları" adlanır. Və mən nə elədim? Bəəəli. Digər iki kitabı da sifariş edib alaraq, kitab rəfimdə yerləşdirdim.
Hal-hazırda isə qərarsızam.
Kitabları ard-arda oxumaq, yoxsa a digər kitablara müraciət edib bir müddətlik aradan sonra yenidən fantastik aləmə qayıtmaq?
Bunu kitab rəfimdəki kitablarıma baxanda hiss edəcəyəm :)

P.S. kitabın qalın olmasına baxmayaraq altını karandaşladığım sadəcə üç cümlə tapdım və bunu seçdim:

.."Duygular değişiyor. Yine de yaş sadəcə bir sayı. Sen de on yedi yaşında değilsin."
 "Değil miyim?" diye sordum. Hem şaşırmış, hem de gururlanmıştım.
Gülümseyerek, "Hayır", diye yanıtladı. "Beş yaşındaki bir çocuğun inatçılığna, on beş yaşındakı bir kızın vücuduna və en az otuz yaşındakı bir kadının ruhuna sahipsin. Ve gözlerinin yaşı yok. İçinde sonsuz bir şeyler var. "

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)