SUALLARIM VAR...

...bu gün bizi uzaqlığı təyin etmək üçün rəqəmlər qoya biləcəyimiz hər hansı bir uzunluq vahidi ayrı salmır. ən pisi sənin harada olduğunu bilmirəm. ürəyiməmi köçmüsən? göyəmi uçmusan? yerəmi enmisən? bu dünyadanmı getmisən? ..qeybə çəkilmisən. gözlərimi yumanda əlimə toxunacaq qədər mənə yaxın olan sən, nə qədər uzağa gedə bilərsənmiş o kipriklər bir birindən ayrılan kimi... nə qədər uzağa? boşliğamı? tamlığamı? ..hara?

..yollara düşüb axtarmaq Məcnun kimi. adını sayıqlamaq hər döngədə, hər yoldan keçənə səni soruşmaq. getdiyim yerlərə birdə boylanmaq, hər birinci gün özümü daha yaxşı aparacağıma söz vermək və gizləndiyin yerdən bir gün çıxacağına ümid etmək.. əbəsdi eləmi?

..səni təsvir edən sözləri diqqətlə seçirəm. çünki sənin təsvirindən qorxuram. necə qorxmayım axı? sənin kimisi mənim üçün bir də dünyaya gələcəkmi? qarşıma çıxacaqmı? ..əlbəttə cavabı məlumdur. səni səhv tərənnümdən qorxuram. bir uğursuz kəlimə qoyub getdiyin və yaddaşıma həkk etdiyim gözəlliyinə xələl gətirəcə deyə çox qorxuram... bu qaranlıqdan qorxamğıma bənzəmir. bu itigini itirmə qorxusudur... anladınmı bunu?

...səni mənə gətirəcək fəslin adı nədir?


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)