Posts

KÖLGƏLƏRİN GÜLÜŞÜ... fotosessiya

Image
Müəllif italyan küçə rəssamı Kenny Randomun əsərlərində əsas qəhrəman pişiyi ilə gəzən şən və sirli personajin kölgəsidir... Bu bəlkə elə onun özüdür!? ..nə bilmək olar? :) Küçə rəssamı kölgələri güldürür...

FİKİRLƏRİM...

Ənböyük dövlətim - Düşüncəm... Ən yaxın həmdəmim - Lal gecəm... Ən əziz düşmənim - İnsan... Ən ülvi pənahım - ALLAH...

. . .

Image
Yeni bir səssizliyə qərq olub beynim... Düşüncələr tuğyan edir, bulanir ürəyim qasırğadan sonrakı üfunət qoxusuna... Ola biləcəyindən artıq ola bilməyəcəyini unudursan ara bir... İstəyirsən, tələb edirsən əlini tutum.. buraxmayım.. mənsə sənin hisslərinə kölə, qul... qorxularin arxasında gizlənə gizlənə bənd çəkirəm dənizimə, hər tufandan sonra coşub dağıtmasın ürək evimi.. İncikliklə dolu əqrəblər... Sənnənmi gileyli, mənnənmi acıqlı!? ..bizdənmi danişir hər taqqıltı!? bacarmadim ömrüm boyunca kəskin olmağı.. boyun əyməməkdə çarəsizəm.. yuxulu gözlər və dumanlı beyinin müşayəti ilə gülərüzlü çöhrənin gecəyə doğru kədər çökmüş kolgəsini çəkdim mən.. bax... Sənin qorxularından ilham aldım... əsər çox eybəcərdi.. :( sükut.... sussssss........

BAKININ CAVAB MƏKTUBU...

Image
Aleykum Salam. Kim dedi ki yoxlugun hiss olunmadi? Kim dedi ki seni sevmirem? Belke en sevimli sakinlerimdensen? Indi uzaqdasan. Menden uzaqda. . Ancaq men ele qoydugun yerde, qoydugun kimiyem. Hezin dalgalariyla Xezer yuyur yene meni. Bu aralar sema da aydindi. Yagiw da yagmayib senin yoxlugunda. O da senin sevgi dolu baxiwlarinchun darixib. Sinemde ayaq izlerin hele durur. Her gun getdiyin yollarda lepirlerini gorurem yene. Iwe gecikmeyin heyecaniyla mindiyin agzina qeder dolu avtobusdan tutmuw, oteri baxiwlarla nezer yetirdiyin kuchelerim bele seni xatirlayir. Tek seni yox, 3mlnluq ailemi xatirlayiram eslinde. Herenin oz tarixchesi yaddawimdadi. . yola verendi gecelerim dedin. . Sakit,hezindi dedin. Sene gecelerimden behs edim. Daniwim sene sakit gorunen gecenin aktivliyinden. Gozlerini achanda anasinigormeyib,telawla gozyawlarina korpeler var gecelerimde. Heyati dersliklerden oyrenen wagirdler, telebeler var. Pichiltiyla deyilen ewq etiraflari. Ilk toy gecesinin heyecani ile doyune

AMNEZIYA...

Image
Bilirəm ki bu yazıçını çox kütlə qəbul eləmir.. Elə mənim özüm də onun "Artuş və Zaur" əsərini oxuduqdan sonra həqiqətən də onu ancaq özü kimi düşünənlərin qəbuledəcəyi qəti qənaətinə gəldim və onu da müəyyənləşdirdim ki mən o yazıçı kimi düşünənlərdən deyiləm.. əsərlərini çox açıq saçıq tərzdə yazan Əli Əkbər vulqar sözlərdən çəkinmədən rahat tərzdə və ifrat şəkildə istifadə edir.. çox qəribə orasıdı ki mən onun yazı üslübunu, bəzi hissələri çıxmaq şərti ilə qələmini bəyənirəm.. Əlimə aldığım ikinci əsəri "Amneziya" oldu.. Kəskin tərzdə, iddihamlarla dolu bir roman.. Qeri adi sonluq.. Amneziya halının gətirə biləcəyi müsbət və mənfiliklər.. əslində heç kimə məsləhət eliyə biləcəyim bir kitab deyil, amma oxumaq istətəyən "oxuma çox maraqsızdır.." da deye bilmərəm.. İnsana müəyyən müddət psixoloji təsir edə biləcək əsər - "Amneziya", Əli Əkbər

BRÜSSELDƏN MƏKTUBLAR...

Image
Salam Bakı.. Yəqin ki, bu gün yenə zəif günəş işiqlarının şəfəqləri ilə oyanıb bozlara boyanmısan. Baharın ilk təravəti ilə ətirlənib, bürünmüsən buludlara... Səndən məsafələrcə uzaqda olan balaca sakinin bu gün yenə sənin xəyalınla oyandı hövlənak yuxudan.. Yad şəhərin yad səsləri, bütün gecə rahatlığını əlindən alan yeknəsək uğultu... bilirsən nə fikirləşdim, sən doğurdan da çox sakit və üzüyola imişsən... bəlkə də özünü elə göstərirsən, bilmirəm.. Amma sənin haqqında məndə yeni təəssüratlar oyanmağa başlayıb deyəsən.. İndi düşünürəm ki, sənin küləyin də ətirlidi.. hələ yağışın... Onu da ancaq səndə sevmişəmmiş.. Səninlə sevmişəm.. Mən Səni sevmişəm.. Bəlkə də, mənim yoxluğum səni heç maraqlandırmır.. Bəlkə də, hər səhər işə tələsən qızın bir müddət sinəndə iz qoyaraq ora-bura qaçmağı sənə təsir eləmir.. Sənin yoxluğunsa hər dəqiqə hiss olunur.. çünki.. çünki ən xırda detal olan telefon kodu +12 deyil.. Bu sənə yazadığım ilk məktubdu.. Gizlət və heç kimə göstərmə, ikimizin arasın

XEYİR İŞ...

Image
Deyirlər ki, insan xeyir fikirləşdikcə xeyiri çəkər.. mən əslində bu fikirlə raziyam. Bir də belə deyirlər ki, filnkəsin xeyir işi oldu, ayağı yaman yüngüldü, xeyir xeyir dalinca.. Yəqin ki, bu da həmin o "xeyir xeyiri çəkər" prinsipi ilə əlaqədardı.. Amma təəssüf ki, bu xeyir işlərin hamısı həmişə xeyirə çəkmir.. Çox təəssüf... Xeyir işin anlamının nə olduğunu əslində hamımız bilirik.. Əsasən də nişan, toy.. Gəlinin hərtərəfli həyəcanı bir tərəfdən, ev qurma məsələləri bir tərəfdən... Gəlin olmaq... "gəl"in olmaq... Əslində bəy heç vaxt gəlinin nə hiss edəcəyini heç vaxt təsəvvür belə edə bilməz... Bütün uşaqlıq xatirələrini, öyrəşdiyi rahatlığı, heyatının "toy günü"nə qədər yaşadığı bütün dəqiqələrini keçirən həmin o "gəl"in bir "xeyir iş" nəticəsində hamısını arxada qoyur və buna məcburdu.. və "bunnan sonra mənim evim buradır" fikrinə özünü öyrəşdirir.. Necə çətin.. Amma sözsüz ki , "istisnalar" fəlsəfəm burda d

XONÇADA ARTAN ŞAM...

Image
Uşaqlıq sevincim... rəngli şamlar, soğan qabığı ilə boyanılan və keşnişlə bəzək vurulan və özüm üçün seçdiyim yumurtamı saatlarla əlimdə saxlamağım, cox vaxt ildə bir dəfə bazardan kilonan alınan xonçadakı cürbəcür nemətlər - həmişə xoşuma gələn innab, şabalıd, sevmədiyim iydə və ümumiyyətlə mənə yeməyə icazə verilməyən qoz-findiq, şirniyyatları hazırlayarkən hay-küy, xoş yorğunluq, tavadan isti isti çıxarılan paxlavanın künclərini yemək üçün mamaya baxan məsum gözlərim, hələ paxlavanın üstünə fındıq düzərkən gizlin-gizlin o findiqlardan yimələr, şəkərburaya naxış vurmaq üçün yalvarışlar, burnumnan getməyən nənəmin bişirdiyi doyumsuz qoğalın ətri, pəncərədən heç vaxt rahat baxa bilmədiyim (indi də rahat baxa bilmirəm) tonqalı görmək üçün dırnaq üstə boğazımı uzadaraq baxamğa cəhd etdiyim ezablı dəqiqələr :), həmişə səməniyə olan xüsusi marağım, mamanın süfrəyə düzdüyü "s" hərfi ilə başlayan nələrisə düşünüb tapdığım və hər il təkrar, təkrar "mama, soğan, sarmısaq olmaz h

KİRLƏNMİŞ SEVGİ...

Image
Çək əllərini üzərimdən... çək və geri dur! kirlətmə məni öz sevginlə.. görmürsənmi artıq bütün həmlələrin boşa gedir.. her şeyin əvəzinə böyük nifrət qoyursan geridə. çarəsizsən.. yazıqsan.. kirlətmə gələcəyimi də.. orada adını belə anmadığım anlarım var.. sənsiz.. sakit.. Səninsə sevgin çoxdan ləkə tutub... nə zaman saf sevdin ki sən qarşımda sevgindən sədd çəkəsən!? söz vermişdim özümə, heç vaxt olmayacaqdın "heroqliflərimin" içində... amma bu gün bir daha əmin oldum məğlubiyyətinə.. sənsə hələ də qəbul eləmirsən deyilmi!? bəlkə də əvvəllər yazıq idin mənimçün.. bu günsə sənin artıq çirklənmiş mənəviyyəatına söz deməyə belə heyfim gəlir... bəsdi artıq! Özündə hiss etmədən ləkəli ürəyində kirli sevgi yer salıb.. Kilərnmiş sevgi.. çəkil... yox ol!

Aşk Tesadüfleri Sever | Mehmet Günsür - Eylül Akşamı

Image
BU GÜNƏ DEYƏ BİLƏCƏYİM TƏK SÖZ.... OLAMAZMI!?... - OLA BİLİR....