Posts

CIZMA QARA....

Image
Mən də çox istiyirəm yazım hərdən bütün daxilimi.. qorxularımı.. nifrətimi.. sevgimi.. Amma çəkinirəm.. içimin gizlinini bununla hamıya nümayiş etdirmək, sanki pərdələri açaraq tamaşanın səhnə arxasında necə hazırlaşdığını bütün çılpaqlığı ilə tamaşaçılara göstərərək bütün tamaşanın marağını qaçıracağımdan qorxuram.. Amma elə çox istəyirəm ki hərdən yazım.. fərqlilik prinsipi deyil mənimki.. nə istədiyimi bilən və bunun üçün mübarizə aparan da məhz mənim özüməmsə bəs onda? yenə sual.... insan nə zaman sualla qarşılaşmayacaq ki? ....sükut çünki yenə sual idi.... hər şeyin sonu və başlanğıcını anlayıb dərk etmək üçündü hamısı yəqin.. Daha tez dərk edənlərin yolu isə tamam fərqlidi.. Təəssüf.....

ÖMRÜN 23-CÜ İLİ...

Bir anlıq gözümün önünüə uşaqlıq arzularım gəldi.. Onda hər şey daha sadə, daha qayğısız və əl çatan idi.. Hamımz bilirik ki, yaş artdıqca insanların arzuları qatılaşır və yerinə yetmə reallığı da nisbətən aşağı enir.. Amma bəzən ətrafımızdakı insanlar yaşamağımızı sadələşdirir.. Sözsüz ki, həyatımızı sadələşdirən həmin o insanlar ancaq və ancaq bizi sevən və bizim sevdiklərimizdir.. Ömrümün 23-cü ilini yaşayiram... 12/01/2011 - AD GÜNÜM MÜBARƏK :)

ILLUZIYA....

Image
Gunebaxanin gunewe baxdigi kimi men de dunyaya baxmaq istedim.. Eyniyle onunla uzbeuz dayanmaqcun cox meyl edib ona teref eyildim.. Ama ne bir fayda verdi tutdugum movqe, ne de bir hasil olan neticeni gordum.. Dikeldim semaya dogru.. Uz uze.. Yer kuresiyse her weyden bixeber 3gun evvel qeyd etdi ad gununu.. Ona maraqli da deyil kim gunewe baxir, kim semaya kim ona.. <..axi dunya firlanir..> P.S. Kagizi tupurcekle mohkem yapiwdirmaq mumkunsuzdu..mutleq yapiwqan lazim..! / 《ilin ilk yaziSi》

İLİN SON YAZISI...

Image
.. yazıya necə başlayacağımı bilmirəm heç. çünki bu günki yazım 2010-cu il üçün son fikirlərim olacaq.. tamamliə öz özümlə qaldığım bir vaxtlarda fikir axınına məruz oluram... onu özümdən uzaqlaşdırmağın ən asan yolu.. cümlələr.. bir gün gələcək və bu olanların hamısı unudulacaq sözünü özümüzə hakim kəsib yaşayırıq! insanlardan, yenə hamımız bir birimizdən nələrsə gözdəyir və hətta tələb belə eliyirik.. insanlığın ən son həddi haradır görəsən? nəsə bunu fikirləşirəm... son 3 günü düşüncələrimin bir yerə toplanmasından narahatam.. halbuki insanlarin çoxu "fikrini toplamaq" üçün bir kənara çəkilirlər.. mənim fikirlərimin gətirəcəyi SON-dan özüm də qorxuram.. və düşünürəm.. düşünürəm ki, uzatmağın mənası varmı? amma qorxular hakim kəsilir mənə.. prinsipdi elediyim? istəmirəm!! mənim qorxularim hamısı qalsa 2010-da, bu ilin dekabrinda yarandığı kimi elə son günüdə də özünü yetirməsə 2011-ə nə olar.. ÖZÜMÜ axtarışa çıxmaq qərarına gəlmişəm.. elə bu deqiqə o qərarı aldım. harda iti

QAR YAĞIR... QARAQAN mp3

Image
Qaraqanın ən çox sevdiyim mahnılarından biri - "Qar yağır"... Məni gizlət doğmalardan onlar ən çox sevgimi gəmirənlərdi.. Məni gizlət hər kəsdən, məni ən az axtaranlar itirənlərdi.. (mövzunun adına clic eliyərək yukleye bilərsiz)

DƏNİZ....

Image
..bu qış günü nədir səni mənə xatırladan.. sənin kimi tək deyiləm axı!?.. Sənin həzin nəğməni də sevirəm mən, ləpələrində duyuram.. qəmli notlar.. şiddətində əzizdi hirsli dalğalarla çalırsan.. qəzəbli akkordlar.. sonsuz göstərirsən özünü sonlu olduğunu bilə bilə.. insanlardan çox uzaqda.. sən sevənləri gözləyərək üşüyürsən tək tənha.. "yalnız günəşli gündəmi!?" düşünürsən bəlkə də.. xırda ləpələri çevrilərək nəhəng dalğalara çırpılırsan.. qayaları incidərək çığırırsan.. üsyankarsan dəniz... Gələcəyəm. . .

ÇALIR... ÇALIR...

Həzin musiqi kimidir ömür.. çalır.. çalır.. sanki hər not bir təqvim, ya da bir fəsil.. düşündürür, bəzən ağladır, bəzən güldürür.. ayırır, birləşdirir.. sevgilər çoxalır, azalır.. insalar hələ.. dəyişdikcə dəyişir.. görüşdükcə başqalaşır.. musiqi isə durmadan çalır.. çalır.. yeni səhifələri açılır.. nələrin olacağını bilmədən.. atdığın atdımların boşa ya yola çıxacağını bilmədən.. ömür uzandıqca musiqinin ritmi də dəyişir.. bəzən daha forte, bəzən piano çalır.. çalır.. hər yaşa dolduqca yeniliklərin kəşfi və geridə qoyduqlarımızın darıxdırdığı o sonsuz həsrət.. hansı ki geri qayıtması qeyi mümkündu.. olacaqlara olmayan çarələrin olması üçün çarpışma reallığı.. musiqinin həzin yeri, kövrək yeri.. çalır.. çalır.. bir gün yorulacaq barmaqlar bitəcək not.. musiqi dayanacaq.. hələki çalır.. çalır.. Hardasan məni anlayan harda!?.. gözləyirəm...

ОТ НЕГО....

Image
Я не знаю себя без тебя, Без тебя все равно без себя, Я не мыслю себя без тебя, Так храни же себя для меня! (15.09.2010) Хочу чтоб все часы на свете остановились, и мир был только для нас двоих... (29.09.2010) Дорогая, посмотри на небо... Видишь звезды? Прислушайся, каждая из них шепчет о том, как я Тебя Люблю! (18.10.2010) Любить тебя я вечно буду: Сегодня, завтра и всегда! Минуты нашы не забуду, Не забуть и ты меня! (3.11.2010) Солнышка светит ярко, Кошки мурчат лениво, Доброе утро зайка, Боже, ты как красива! (3.11.2010) Знаешь где я? Ниже, ниже, ниже.. Зачем ты ищешь меня в телефоне? Ниже.. Да не здесь я. Я в сердце у тебя! (9.11.2010) Телефон передо мною, Я ж не знаю, что писать... Как же хочется, милая Мне тебя поцеловать.. (16.11.2010) Я с ума сойду этой ночью, Без тебя я совсем не могу! Солнушко, я скучаю очень, Я тебя сильно-сильно люблю... (1.12.2010)

SƏSSİZ NOYABR GECƏSİNDƏ....

Image
Gecə sakitdi.. Həm də çox... sükutu dinləməkçün bu an nələri verməzdim ki!? ..yox "nələri verməzdim" i dar mənada dedim.. Kəlmələrin bitdiyi yerdə dayanmışam.. gözümü bağlayan yalnız həvəslərim və gələcəyə inamımdır.. telefonum durmadan çalır, bu dəqiqə də daxil olmaqla.. amma içimdən bir səs susqunluğu hakim kəsir.. Bəsdirin!! Danışmayın daaaaaa... sükutumu almayın məndən.. maraqsızdı danışdıqlarınız!! qohumlar, onların həyatları nələr.. nələr.. İcazə verin mənə! sükutu dinləmək haqqımdı! ...aha, sakitlikdi yenə.. sakitliyimi prosessorun uğultusu pozur. insan səsindən daha sakit gəlir.. yenə nələrəsə qərq olur içim.. darıxıram axı deyəsən, amma nə üçün!? kim üçün!?.. yenə təkliyə qapanmaq istəyir bu ürək nə oldu!? bezdinmi artıq.... ola bilməz axı! kaş indi məni başa düşə biləcək biri ola... kaş mənimlə mənim dilimdə danışa bilən biri... axı hardasan!? axı mən səni ikinci yarım deyib seçdim.. dilimi anlamırsan, özümü anla heç olmasa... ...bir sükutdu dolur qəlbimə, əsəblərin

ÇƏRÇİVƏLƏRİN RƏNGİ....

Image
Hawieye alinmiw heyat.. etrafina cekilen rengin ferqi yoxdu qirmizi, narinci, ag ya qara.. ne deyiwer bu rengli hawiyeler cercive olduqdan snra!? Sadece ayrilir bununla bir heyat geniw anlamli HEYATDAN.. Cerciveye salindiqdan sonra etrafina hasar da cekilir ustelik.. ne olsun ki!? Wikayet etme haqqinin verilmediyi derk edildikden snra oyrewilir artiq bu heyata da.. ve susulur.. yawamaga davam deyib cercive ve hawiye icinde qurulur. Heddi awmayan kicik xowbextlik.. Bilmirem neden! Sevgimi? Asililiqmi? Qurulur cercive icine bir cercive daha.. oz aleminde kimi gorub adlandirilan ye goz dikilir.. Alin, sizin olsun!.. Bezekli hediyye qutusu icinde etrafi rengbereng hashiyeli cercive icinde bir heyat shekili.. Sizindi artiq!! P.S. Kecmiwden qalan izler igrenc.. geleceye atilan addimlar nigaran.. kicik bir muharibe.. bacarmadim cerciveleri qirmaga.. eksine yeni bir qutuya qoyub hediyye etdim.. her weyi..