CIZMA QARA....


Mən də çox istiyirəm yazım hərdən bütün daxilimi.. qorxularımı.. nifrətimi.. sevgimi.. Amma çəkinirəm.. içimin gizlinini bununla hamıya nümayiş etdirmək, sanki pərdələri açaraq tamaşanın səhnə arxasında necə hazırlaşdığını bütün çılpaqlığı ilə tamaşaçılara göstərərək bütün tamaşanın marağını qaçıracağımdan qorxuram.. Amma elə çox istəyirəm ki hərdən yazım.. fərqlilik prinsipi deyil mənimki.. nə istədiyimi bilən və bunun üçün mübarizə aparan da məhz mənim özüməmsə bəs onda? yenə sual.... insan nə zaman sualla qarşılaşmayacaq ki?

....sükut

çünki yenə sual idi....

hər şeyin sonu və başlanğıcını anlayıb dərk etmək üçündü hamısı yəqin.. Daha tez dərk edənlərin yolu isə tamam fərqlidi.. Təəssüf.....

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)