İndiki şagirdlərdən xəbərim yoxdur, amma bizim məktəb illərimizdə 12-14 yaşımızdan etibarən xatirə dəftərləri tutmaq olduqca dəb idi. Bəzən çantamızda 2, hətta 3 xatirə dəftəri ilə evə gələrdik :) Xatirə dəftərini yazmaq böyük ritual idi bizim üçün. Xüsusi qələmlər, flomasterlər, "nakleykalar", Mahsun Kırmızıgülün, Özcan Denizin, Seda Sayanın, Sibel Canın, Muazzez Ersoyun, Ebru Gündeşin, Songül Karlının (sadəcə o illərdən adını və şəkillərini bilirəm, kim olduğu haqqında məlumatım yoxdu :D) böyük ölçülü və "nakleykalı" şəkilləri və s. və i. Qiymətini əzbər bilsək də, məktəbin həyətində balaca kardon qutu qoyub satan əmilərdən, xalalardan "Əmi/xala bu "nakleykalar" neçəyədir?" sualını soruşardıq. Çox vaxt pulumuz olmaz, sadəcə şəkillərə baxar, hansı təzə gəlib, hansından bizdə var məsələlərini müzakirə eliyib geri qaytarardıq. Sonra lavaş turşuları, alçaların dəb olmadığı, qalmur meyvə sayılmadığı vaxtlarda nubarlıq alçaları alardıq onlardan.....
"Onun sevgi məktubları" Qənirə Paşayevanın epistolyar janrda yazdığı romandır.. Düzdü o qədər də güclü yazı deyil.. Amma əsərdə tanınmış insanların maraqlı sevgi hekayələri, o cümlədən, məşhurların əsərlərindən götürülmüş sitatları, aforizmləri, şeirlər və s. yer alıb. Kitab ilk səhifəsindən son səhifəsinə kimi sevgidən bəhs edir... Sevgi, sevgi, sevgi.. və qarşılıqsız... Özüm isə əsərdən yadda qalan cümlələri deyil, məhşurların dediklərini seçib yazdım.. ***** Ə g ə r ölüm ayağında birc ə k ə lm ə dem ə y ə zamanım olsa, “s ə ni sevir ə m” dey ə rdim v ə birc ə an da düşünm ə zdim ki, axı s ə n onsuzda bunu bilirs ə n. Q.Q.Markes *** İlk m ə h ə bb ə t inqilab kimidi: sakitc ə sürüb ged ə n h ə yat bir anda darmadağın olur. İ.S.Turgenev *** Rüzgar at ə ş üçün n ə ys ə , ayrılıq da m ə h ə bb ə t üçün odur. Kiçik bir eşqi, sevgini
Eyni başlıq, fərqli əhval.. Dünən arxadan Yann Tiersenin ifa etdiyi Ameli k/f-dəki sountrack, bu gün pianoda Küçələrə su səpmişəm.. Əhval ortadan bir az aşağı, pisdən bir az yuxarı, nənəm demiş bobat :D Bilirsiz, əslində mən indi bilmirəm optimist yazım, pozitivlikdən dəm vurum, yoxsa payızın, tarixlərin məni arxaya, əks istiqamətə döndərdiyi hisslərimi açım töküm. Qalmışam iki yol ayrıcında.Çünki içimdəki hiss elədiyimlə, zahirimdə elədiklərim və özümü göstərməklərim uyğun gəlmir. Kənardan olduğumdan daha gülərüz, problemsiz, fikirsiz, optimist, amma daxildən... Sirrlərim özümə təbii, həmişəki kimi... Hərdən də fikirləşirəm ki, insan istəməsə məsələn, heç əlini ağdan qaraya belə vurmaz. Amma siz bilmirsiz mənim əlim necəməharətlidi, əlimi bütün rənglərə vurmağa adət eləmişəm artıq axır illərdə. Mənim bu payız nələr eləməyə çalışdığımı da bilmirsiz heç :) Öyrəndiklərimdən, yarım qoyduqlarımdan danışım istəyirəm. Məzuniyyətə çıxdığım (doğurdan axı mən bu il heç bir işə yarama...
Comments
Post a Comment