YALAN HİSSLƏR

Sevgilisi ilə nişan şəkilini paylaşan qız, onlarla insanın bəyənisini bildirən bildirişlər alır, dostlarının, yaxınlarının ürək sözlərini oxuyur. Amma yenə də səhərdən düyümlənən qaşları açılmır, elə göydəki buludlar kimi dolub gəzir. İşdən evə gəlib, şam üçün səhər tezdən işə tələsə tələsə bişirdiyi anasının ən sevdiyi yeməyi qızdırıb qarşısına qoyur. Yeməyə baxır. Baxır.. Baxır.. Udqunur.. Başlayır.. Hər tikəsini ağzına qoyduqca boğazından keçmir. Atası eşitməsin deyə mətbəxin bir küncündə sakitcə, gizlincə oturub hönkür hönkür ağlayır. Anası üçün darıxıb. Anasının ən sevdiyi yeməyi bişirsə də heç vaxt onun əlindən dadmayacağını  bildiyi üçün sıxılıb. Duzlu göz yaşları şit yeməyə qarışıb. Nuş olmur. Göz yaşları dayanmır. Bunu isə 2 saat əvvəl paylaşdığı şəkilə baxan heç bir yaxını heç vaxt bilməyəcək... Xoşbəxtliyin şəklini paylaşan "xoşbəxt" qız insanları aldadır.
Həm hava da tutqundu axı.
..tutqun havalar yağışsız ötüşmür.

p.s. yenə sənsiz günlər çətindi...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)