Posts

Showing posts from August, 2012

Kim deyə bilər ki...

Susdum, uzun müddət susdum həm də.. Əvvəlcə gözlərimdə parlayırdı susqunluğumun gətirdiyi sevinc.. Susmağı sevirdim, o da məni.. Kitabları sevirdim.. Bəstələri sevirdim.. Şəkilləri sevirdim.. Günəş doğmuşdu axı! Mənə gizlənmək lazım deyildi.. Səbəb başqa idi. Mən başqa idim.. Amma kim deyə bilər ki, günəş hər zaman parlayacaq axı!? ..kim deyə bilər ki, alatoranlıqlar olmayacaq heç zaman!? kim söz verə bilər axı "əkilən" təkcə güllərdir!? kim deyər ki, günləri saymaq ancaq xoş günlər üçündür... İsti avqust gecələrində bəzən 24 saatı 12 aya bərabər hiss etdim.. Kim deyə bilər ki axı 12 aya bərabər olmadı heç...  İnsan nə üçün itirməkdən qorxur soruşdunuz!? İnsan acizdır çünki.. edə bilmdəikləri, müdaxilə edə bilmədikləri qarşısında lap cılız görünür... Mən artıq yorulmuşam xoş günləri həftələrlə ertələyib gözləməkdən.. şükürlü günlərimsə saysız hesabsız.. Bəlkə də, heç nəyi bilmirəm deyə yenidən gizləndim.. gözləmək gizlənməkdirmi məgər!?

Yenidən ardı gəmir yazının.. susdum..

NO COMMENT...

Image
Ne seveni, ne de gideni, Hepsinden vaz geçtim.
Aşklarım dillere düştü sayenizde!
E buymuş aşk bestesi dedikleri...

Ne dünyayı yakarım,
Ne de kırarım kadehleri.
Sevgiye inanmaz oldum sayenizde..
Tükenmiş delikanlı aşk dedikleri.

Ne gülerim, ne de kızarım
Ne de arkasından ağlarım.
Yüreğim aşklara küstü sayenizde...
E bıktım artık fahişe gönüllerden!

Ne okyanuslar kadar derin,
Ne de gökyüzü kadar sakin.
Fikirler alt üst oldu sayenizde..
Korktum artık çarkların dönüşünden.

Of Allah'ım of
Nedendir hep zorda sana gelişim!?
Of Allah'ım of
Ofları Tekelledim sayenizde..

Of Allah'ım of
Nedendir hep zorda sana gelişim!?
Of Allah'ım of
Sevgiyi tükettim sayenizde
Kendimi kaybettim sayenizde...


Bu aralar fikirlərimi yalnız musiqilər dilə gətirir, sözlər gizlənib, yoxdur..


BRAINSTORM - MAYBE..

Image
Mahnının ifaçısının adı beynim, mahnının öz adı isə beynimdə fırlanan sözdü...
Ən xoşma gələn cümlə:
Maybe My animals live on your Zoo..

iSTi AVQUST...

Yazmağa başlamaq asan olmur son zamanlar.. Yazıram, heç birinci abzası bitirməmiş "backspace" düyməsi öz işini görür.. Ona görə yox ki, yazmaq istəmirəm ya da yazamğa nəsə tapmıram.. Yox , yox.. İçimi yeyib bitiriən fikirlərin əlindən qaça biləcəyim tək-tük yerlərdən biridir bu ağ rəngli yazı qutusu. Bəzən yazıb sadəcə yaddaşda saxladığım heç uzə çıxartmadığım gizli yazılarımın sandığı...
Deyə bilmərəm ki, indi yazıqlarım uğurlu  başlanğıc oldu yazı üçün. Amma bir abzası yaza bildim.. Deməli əsas mövzuya keçid verə bilərəm. Axı özümü bilirəm, fikirlərim çoxalanda, yazmağım çətinləşir..

Əslində yazmaq istədiyim keçən il qəfil gələn soyuq avqustdan fərqli olaraq bu ilki isti avqustdur.. Avqust... Nə aydır belə!? Elə bil insanların bütün ümidləri bu ayın gətirəcəklərinə bağlıdır nədir!? Mən heç bir sehir, heç bir fövqəladə güc-qüvvə axtarmıram da burda.. Sadəcə gözləmə ayıdır.. Təkcə hal-hazırda baş verənlərlə əlaqəli deyil. Bilmirəm, nə bilim.. Elə her şey.. Avqustun ilğımına…

BOOKSHELF..

Image
Dünən adətim üzrə internetde "surf" edərkən, bir blogla qarşılaşdım. Kitab rəfləri, onların dizaynı və s. hər şey tapmaq olar burda. Kitablar haqqında maraqlı və faydalı məlumatlar da öz yerində. Adətən bu tip bloglarda mənbələrə istinad edilməsə də, söz gedən blogda şəkillərə qədər bütün mənbələr göstərilib. Bir sözlə blogun sahibi Alex Johnson www qanunlarına sadiq qalıb, daha çox kitab haqqında mənbələr göstərərək hörmçək toru yaradıb, sağ olsun :)

Beləliklə, özüm üçün daha bir maraqlı blog kəşf etdim - BOOKSHELF :)

YAZDIM Ki YAZI OLSUN...

Nəsə yazmaq istəyirəm..

Bir şey var ki, bilmirəm yazacağım bu "nəsə" həyatın özündənmi olsun, poetikmi olsun, necə olsun..

Amma mən elə belə yazmaq istəyirəm...

Sözləri sadəcə bir birinin ardınca düzmək, heç beynimdə, ürəyimdə dolaşan fikirləri də deyil..
Elə belə, ordan-burdan olan fikirləri..

Axı mən elə belə yazmaq istəyirəm..

Məsələn elə bu dəqiqə 10-cu sinifdə oxuyarkən aylıq divar qəzeti hazırlamağımı xatrıladığımı yazmaq kimi.. Adı "Ordan-burdan" idi.. Necə həvəsli idim.

Elə o vaxtdan yazıram..
Elə belə, özüm üçün..

Ardı gəlmir..
Səbəbsiz...
Barmaqlarım istidən dondu.

Sükut və ilbislərin səsi..
Sükut və klavyaturanın səsi..
Sükut və maşınların səsi..
Sükut və hardansa tökülən su damlalarının səsi..

Hər şey yaxşı olacaq!

GÖZLƏNTİ...

Şablon başlıqla başladım bu yazıya "insan dünyaya gələndən gözləyir.." misali.. Amma sonra tez pozdum. Çünki hal-hazırda hiss etdiklərimi heç bir dünya gözlənitləri ilə müqayisə etmək mümkün deyil.. Nədir ki gözlənti? Nədir ki gələcəyini bildiyin qatarın 2-3 dəqiqə gecikməsi.. Nədir ki bişəcəyini bildiyin yeməyin 15 dəqiqə gec bişməsi.. Nədir ki zəng edəcəyini bildiyin sevgilinin 1 saat gec zəng vurması.. Nədir ki!?
Daha fəqrli və daha çox incidən, gözünü dörd açıb saata zilləyərək əqrəblərin tıkkıldatdığı hər dəqiqəni saymaqdır əslində gözlənti, naməlum cavabın içini içdən gəmirən, bilmədiyin məchulluqda beynin var gəl etməsidir gözlənti. Əslində nəfəs qədər vacib olan gözlədiyin telefon zənginin bir az daha gecikməsi, ya da xoş xəbərin müjdəçisini Allaha səssiz çığırtıların və yalvartılarınla etdiyin dualar içində eşitməkdir gözlənti.. Başa düşmədiyin, anlamadığın və heç vaxt da anlamayacağın insan bədəninin rentgendəki əksinə dəqiqələrlə və diqqətlə baxmaqdır gözlənti, n…

HAPPY BIRTHDAY MOM...

Image