Posts

ONUN MƏSLƏHƏTİ İLƏ...

Image
Getdi... Getdiyi günü özüylə məni məndən qoparıb apardı, amma məndəki özünə dəyə bilmədi.. Əslində bu gedişdə ağlamağın yeri olmadığını, getmə deməyin mənsız olduğunu yaxşı dərk edirəm.. Çünki bu bizim istəklərimiz xaricində və məcburidir.. məni tək ovudan bunun ömürlük olmadığı, onsuzluğu sadəcə bir ilə sığışdıracağımdır (İnşallah).. Getməzdən əvvəl uzun bir siyahı saymışdım ona həvəslə - "..planımda dil kursları, rəqsə getmək, rəssamlıq, çoxlu kitab oxumaq var" ..və sair buna bənzər nələrsə saymışdım.. (Düzü dəqiq yadımda deyil rəqsə getməyi o getməmişdən əvvəl fikirləşmişdim ya təzəliycə fikirləşmişəm =)) Baxıb gülümsəmişdi saydıqlarıma, elə-belə.. həmişəki kimi.. ...o yanımdakən deyib-gülüb saydıqlarımı əslində yanımda olmayanda onsuzluğu nisbətən unutmaqçun eləyəcəyimi unutmuşdum. Bu gün qəfil xatırladım... tam qəfil yaxaladı reallıq məni və düşünürəm ki, mən onları əslində bir ilə sığışdırmışdım xəyalmda. İndi isə onsuz əlim heç bir işə yatmır.. Onunsa mənə dediyi tamam

BİR ŞEİR...

Gözəl bir bahar günü, Səninlə mən, ikimiz, Çıxaydıq bu şəhərdən, Qərib quş tək uçaydıq, Təbiətin qoynuna. Məskənimiz nə dəniz, Nə də ki, dağ olaydı. Bir tərəfdə çəpərdən, Yamyaşıl bağ olaydı, Bir tərəfdən axan çay. Biz isə sahilində, Çay süfrəsi açaydıq. Sonra bahar yelindən, Tutub xeyli qaçaydıq, Çay daşından ataydıq, Elə çay quşlarına, Sonra bizi tutaydı, Qəfil çoban mürgüsü, Mürgüləyib yataydıq, Beş- altı dəqiqəlik. Sonra gələn dumandan, Göz- gözü görməyəydi, Gözümüz çən- dumandan, Gündüzü görməyəydi, Toqquşaydı buludlar, Hünərin var, bax göyə. Bir yağış yağaydı ki, Tut ucundan, çıx göyə. Sığınaydıq daşlara, Ikimiz də susaydıq, Çəməndəki quşlara, Birgə qulaq asaydıq. Sonra, Açılaydı göy üzü, Və bu şıltaq təbiət, Yenə aldadıb bizi, Bizimlə oynayadı. Qayıtmaq istəyərkən, Hava qaralıq daha, Dönməliyik deyərkən, Yenidən tutulaydı. Yox! Yox! Biz ölməyəydik, Deyirəm ki, sadəcə, Qayıda bilməyəydik. Gecəni orda qalıb, Bir alaçıq quraydıq. Sevgim

AĞ GÖYƏRÇİN KİMİ...

Image
Xeyal qurmaq ne qeder asandi... Gozunu yumursan ve hemin anda olmaq istediyin yerdesen.. wagirdsense telebesen, telebesense ixtisasin uzre mutexessis, belke valideynsen, ya ag gelinlikdesen, ya da xeyalinda ag infiniti surursen, ne bilim ve saire.. ve saire.. ne coxdu xeyallar.. arzular.. Gozunu acdigin zamansa xeyallardan tam ferqli bir dunya, real heyatin seninle oynadigi surpriz oyunlar, olmaq istediyinden ferqli oluwuna bes ne demeli!? Bezen arzularina, xeyallarina o qeder inanirsan ki, reallawmagini o qeder isteyirsen ki ozunu oldugundan ferqli prizmada, mehz gormek istediyin yerde olduguna inandirirsan.. bes neticeler? onlardami insanlarin isteyine uygun reqs edir? onlarin ritmi axi insanin caldigi ile eyni olmadi hec vaxt.. Amma belke de her wey cox sade idi.. Xeyal qurmaqdan da sade.. Bir hedef idi secilmiwdi. Meqsedli idi, eziyyetli idi, belke de zamani idi.. O zaman ki onu daha bir zamana calawdirmaqla omurden bir ili bir gun kimi kecirmek ucun idi her wey. Belke de muveqqeti

MY AZERBAIJAN by the foreign

Image
IMTAHAN GÜNÜ YAXINLAŞDIQCA HƏYƏCAN DAHA DA YAXINLAŞIR RUHUMA....

SƏN MƏNİM İYUNUMDA...

Mənim sənli yayım.. Hər fəslimdə, ilimin hər aylarında həyatımdasan.. Məndəsən, mənimləsən.. Qışda hərarətinlə qızdırdığın əllərim, istilərdə sevginin gətirdiyi rahatlığın sərinliyi ilə həyata daha çox sarılır.. Daha çox sevgidən yapışır, bəlkə də iki, və səndən borc aldığım daha iki, dörd əllə yapışır.. bərk bərk.. Təki sən olasan.. Gözümü yumub açaraq başa vurmağı vəhçicəsinə arzuladığım o bir ilin gətirəcəyi bütün sevgi oyunlarına özümü hazır etmək.. Uzaqlaşmaq MƏNDƏN.. Yaxınlaşmaq SƏNƏ.. SƏN olmaq, ruhuna köçəmək və orada yuva qurmaq.. Sənsiz keçirdiyim yay fəsilləri.. Bu sonuncusumudu görəsən!? ..sənin ətrin çəkiləcək Bakıdan.. Yanvarda da, elə gələn ilin İyununda da.. bir ilə sığacaq bütün günlərdə külək sovurub aparacaq MƏN dadında SƏN ətrini... STOP!!! Replay - ...və səndən borc aldığım daha iki, dörd əllə yapışır.. bərk bərk.. Təki sən olasan.. Nələr düşünür beynim.. 21-cini yaşadığını fikirləşdikcə, öz 21-mə qayıdıram.. səninsə 19-nu.. Qaçaqmı keçmişə? İstərdinmi.. qeyri real

ÇƏRPƏLƏNG UÇURAN...

Image
"Sənin üçün min yol!"    Bu kitabı birinci dəfə bloggerlərdən birinin blogunda görmüşdüm. Maraqlı fikirlər yazmışdı kitab haqqında, digər bir saytda da isə yükləmək üçün əsərin elektron versiyasın yerləşdirilmişdi. Kitabı yüklədim amma heç vaxtım olmadı oxumağa.. (yüklədiyim digər elektron kitabları oxumadığım kimi) ..amma bu gün mənə nəhayət ki, təsir edən kitabın, mənim düşüncələrimi özünə cəlb edən əsərin şəxsi kitabxanamda olması məni sevindirir.. Olduqca maraqlı.. Olduqca dərin.. Olduqca sadə.. ÇƏRPƏLƏNG UÇURAN.. (The Kite Runner) P.S. Bu əsərin kinosu da maraqlıdı, əsəri oxuduqdan dərhal sonra mənim istəyimlə kinonu da tapdı mənimçün. Buna görə Ona xüsusi təşəkkür :)

KITAB BAYRAMI...

Bu gün Flarmoniyanın bağında kitab bayramı olacaq... İşdə pəncərədən baxıram xeyli adam axışır ora, bu sevindirici haldi. :) Hələki özüm getməmişəm. Fikrim var "obedde" gedib baxım. Maraqlı olacağ yəqin ki.. Kitaba marağın artması bir kitabsevər kimi məni də sevindirir.. Bu günün davamı olacaq... saat 11:34 Kitab bayramına yorğun olmağıma baxmayaraq getdim. Həm də böyük məmnuniyyətlə.. Sözsüz ki, həmişə narazı olan azərbaycan xalıq burda da bəzi narazıçılıq tapmağa səbəb tapmışdı, amma onsuzda həyatda heç nə həmişə mükəmməl olmur və o cümlədən buna uyğun olaraq, zövqlər müztəlifdi prinsipini irəli sürürəm. Şəxsən mən bəyənənlər sırasındayam.. Həmin gün özümə iki kitab aldım P. Koelio "On bir dəqiqə", Xalid Huseyni "Çərpələng uçuran".. Və bu məni çox xoşbəxt elədi. Bilmirəm.. Ümumiyyətlə kitab almaq məni həmişə çox xoşbəxt eliyir. Yaxşı ki, həmin günün davamında mən şəxsi kitabxanamı daha 2 kitabla artırmağı bacardım :) 29.05.11, saat 23:22

OK...

Image
İşlətdiyimiz OK sözü nə deməkdir? OK — amerika ifadəsidir, “hər şey yaxşıdır, hər şey qaydasındadır” mənasını bildirir. Artıq internasional söz hesab olunur və demək olar ki, bütün dövlətlərdə bu kəlmə hədsiz dərəcədə çox işlənilir. Global Language Monitor (GLM) Assosiyasının müşahidələrinə görə OK planetdə ən çox yayılmış və hamının qəbul etdiyi sözdür. Hər gün işlətdiyimiz bu söz hardan meydana gəlib? Mənası nədir? O.K. ― Amerika Birləşmiş Ştatlarının 8-ci prezidenti olmuş Martin Van Byurenin ləqəbi olub. Old Kinderhook — onun doğulduğu holland qəsəbəsi bu cür adlanırdı. Prezident bu bənzəri olmayan adı özünə təxəllüs seçdi. Seçki öncəsi nyu-yorklu demokratlar belə bir reklam sloqanı hazırladılar: “Old Kinderhook is O.K”. Seçkilərdə dəstək məqsədiylə Martin “The OK Club” adlı siyası qrup yaradır. “OK” daim dildə fırlanmağa başladı. Bu sözün anadan olma tarixi 1839-cu il 22 mart hesab olunur. Amma ilk dəfə 1938-ci ildə boston qəzetlərinin birində işlədilib. Hazırda O.K kəlməsini

PROBELSİZ YAZI...

Image
Bugünyenibirşeykəşfeləməkistədimözlüyümdə... Probelsizyazılar.. Maraqlıdıdeyilmi? Görəsənnəqədərinsanınhövsələsiçatarbuyazınıoxumağa!? Əslindəbunueləməkdəməqsədiminnəolduğunudatamdərkeləmirəm.. Fasiləsizhəyataxtarışımı!? Xoşbəxliyəyabədbəxliyəmiaravermədənyaşamağaişarəmi!? Bilmirəm.. Ammabunueləməkistədim.. Yazmaqüçünmənəruhverənyenimusiqitapmışamhansikidinlədikcəsözlərözlüyündəndüzülürardarda ..vəmusiqidəkinotlarvəsözlərdəbuyazıkimiaramsızdüzülürbirbirninardınca.. Oyadırsankiyatmışruhumuruhumdakıfikirləriməndəkimənisevgimisevgimindərinliyindəyatanammaoyaqolanhissləri.. Maraqlıyazıalınırmıyoxsaeləənadidənadidi!? Birbirinəheçvaxtbirləşməyəcəkyazılarısözbirləşmələrinivəsözləribirbirinəqovuşdurmaqladüşünürəm.Düşünürəmkiəslindəheçsözlərindəbirləşibbirləşməməkistəklərininolubolmadığınıda bilmirəm.. Mənçoxşeyibilmirəmonsuzda.. Bilmədikcəbatiramcüzibildikləriminiçində.. Bumənəhərdənrahatlıqhərdəntufanınburulğanınadüşmüşgəmikimiqorxugətirir.. Sonranəyazımprobelsizyazımda!? Birgünmütləqvacibbir