Posts

Showing posts from January, 2025

Yanvar 2025

Neçə ildən sonra ilk dəfədir ki bir ay belə uzun keçdi.. Mən uşaq olanda həmişə bezəardim ayların uzun çəkməyindən indi isə sevinirəm. Zaman gec keçsin, gün bitməsin, balalarım bu qədər sürətlə böyüməsin, uzumdə qırışlar belə tez yaranmasın, ən xoş anlarım saniyə kimi ötüb keçməsin istəyirəm... Yanvar mənim üçün hər zaman xüsusi ay olur, həm təqvim ilinin ilk ayıdır, həm də mənim doğum günüm bu aya təsadüf edir. Həyatımın bir çox hadisələrini də məhz yanvar ayında yaşamışam sanki. Yəni əslində doğum günüm xaric xüsusi əlamətdar hadisələr yoxdur, amma vacib anların şahididir sanki. Mənim üçün xüsusi bir dadı, ətri, hissiyatı var yanvarın... Hiss edirəm o ayı. Mənim ona ya da onun mənə aid olduğunu hiss edə bilirəm. 2 ay əvvəl qəribə şəkildə ayağımı möhkəm əzdikdən sonra nəhayət ki yavaş-yavaş gəzə bilirəm axsamadan. Əsas odur həyat yollarında axsamayaq əlbəttə ki :) Bu şükür düzəlir indi sanki.. Sözümün canı yanvar ayında işə çıxdım 2 aydan sonra. Ona görə də xeyli, xeyli işədim. Bir tə...

BƏLKƏ YENƏ QAYIDAQ?

Image
Başlığı yazandan sonra əslində nə qədər poetik olduğunu hiss etdim, yaxşı bir şeir başlığı ya qafiyəsi olardı əslində deyilmi? :)  Amma mənim əsas qayıtmaq, qaytarmaq istədiyim blogda hər ay yeni bir post yazmaq vərdişimi bərpa etməkdir.  Necə maraqlı idi oxuduqlarımı, yazdıqlarımı, gəzdiklərimi, çəkdiklərimi paylaşmaq?! Ürəyimin bir hissəsində qalan və qaranlıqdan heç yerə çıxa bilməyən sözləri nəhayətində işığa qərq etmək, yazılara tökmək.. Qaldıqca qalır çünki, unudulduqca unudulur, paslanır, kəsəri, itiliyi zəifləyir sözlərin, fikirlərin..  Misal üçün bəzən özüm də vəcdə gəlirəm ki, keçən il düz 21 şəhərə səfərim olub, müxtəlif qitələrə, ölkələrə..  ...gəl ki, heç birinin adı belə keçmir burada.  O qədər görümşəm, götürmüşəm, müqayisə edib nəticəyə gəlmişəm.  ...gəl ki, hamısı öz içimdə, öz düşüncələrimdə.  Və budur, yazılara tökülməyən hər fikrim axar su kimi axıb gedib. Axı yazdıqca insan düşünür, və eyni zamanda yazılar əks etdirir özündə yaşamı...

ƏZİZ OLASAN...

Image
 Əziz olasan... Əslində necə gözəl sözdür deyilmi? Əzizlənmək, əziz olmaq, dəyərlisi olmaq mənasında.. elə deyilmi? Hər zaman əziz olasan... Bu arzunun mənasını sanki indi hiss etdim.. Və yazmaq istədim.... Əziz oldum mən də bu il, doğum günümü əzizlərimlə qeyd edib əzizləndim. Əlbəttə ki, xoşbəxtəm. Xoşbəxt olmağı seçmək də seçməməkdə öz əlimizdədir. Bunu isə böyüdükcə, və əslində həyatımızın məhz bizim seçimlərimizdən ibarət olduğunu tam anlamıyla dərk etdikdən sonra buna inanıram. Və mən də əziz olmağı seçdim. İlk dəfə 14 il əvvəl blogumda ilk ad günüm üçün yazanda 23 yaşım olurdu. Bu gün isə nə az nə çox düz 37 yaşımı qeyd etdim. Müqayisələr qaçınılmazdır. Özümü daha böyümüş hiss edirəm sanki. Mənəvi olaraq içinə dönmüş və planları olan bir qadın... Artıq qızcığaz deyiləm, olmaq da istəmirəm artıq... Dünyaya baxışım, həyatı dərk etməyim insanlarla münasibətim dəyişib və dəyişməyə davam edir. 23 yaşımda olmazlarım olar, olar dediklərim tamamilə istəklərimin siyahısından çıxıb....

NÖVBƏTİ DÖNGÜ İLİ 2024

Image
12.. 24.. 36.. Hər 12 ildən bir təkrar olunan ilimi yola saldım 2024də. Növbəti döngümü bağladım.  Zamanın su kimi axıb keçdiyini son illərdə elə 2024-cü ili də gözümüzün önündən işıq sürəti ilə ötdüyünü çox asanlıqla gördük, hiss etdik.. Sadəcə bir məsələ var ki, mən 2024 üçün heç bir xüsusi planlar, gözləntilər qoymamışdım. Su kimi axan ilin axarına düşüb, öz məcramda axdım. Zamanın məni hara və necə aparacağının xiffətini çəkmədim heç. 2024-cü ilə girəndə bərpa ilimdir demişdim. Elə özümübərpa ilə yavaş-yavaş dirçəldim mən də. Özümə qayıdan özgüvənimlə, inamımla, sevgimlə yoğruldum yavaş-yavaş. Özümü qınamağın daşını atdım, balalarımla çoxlu zaman keçirdim, yoldaşım, yuvam üçün daha çox şükr edib, insanları, insanlığı, baş verən və verməyən hər şeyi başa düşüb qəbul etmək üçün cəhd etdim.. 21 şəhərə səyahət etdim, yeni insanlar tanıdım, yeni işə başladım. Özümü sevdim! Həqiqətən də özümü bərpa etdim... Kitablara  zaman çox ayıra bilmədim təəssüf ki, goodreads dəki challange...