YALNIZLIĞI ANLAYAN ADAM - ADNA... N1

Sadəcə onlar haqqında yazmaq istəyirəm.
Bir-bir. Hamısına ayrıca yer ayıraraq..

Müəyyən rəqəmə sığdırdıqları ömür kitablarını onlardan izinsiz  vərəqləmək, adları keçən bütün yazıları oxumaq və sonra sadəcə yazmaq, nə yazacağımı bilmədən.

Onu biz Dadaş Adna adı ilə tanıyırıq. Əsil adı isə Əbdülqasım idi. Əbdülqasım İsrafil oğlu Adnayev. Dadaş adını nə üçün götürdüyünü bilmirəm, amma mən nə üçünsə şəklinə baxandan sonra Əbdüqasım adını da çox yaraşdırdım ona, baxışları, saqqalı, qaşları elə bil o ad üçün yaranıb. Amma o Dadaş idi, doğulduğu Sədərəyin dadaşı. Adna 1978 ci ilin 3 fevralında dünyaya gəlib, 2015-ci ilin 1 martında, ömrünün 37-ci ilini qeyd etdikdən bir ay sonra uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyinin gətirdiyi qəfil sonla dünya ilə vidalaşıb.  

Fotoqraf idi, kənd həyatını şəhər camaatına göstərən fotoqraf. Onun səhifəsinin adı da fərqlidir, nə filankəs photography, nə photoblog nə başqa bir şey, sadəcə Kənd Fotoğrafının Günlüğü.
O həm də şair idi, türkcə seçdiyi kəlimələri doğma dili ilə bəzəyən tənhalığın şairi.

Çəkdiyi bütün şəkillərnə təsvirinə uyğun olaraq ad verib. Adama elə gəlir ki, fotolarda gördüklərimizi bir də daha ətrafılı başa düşməyimiz üçün bizə köməklik göstərir. Ya da ki, öz baxış bucağını sözlə ifadə edərək bizim də onun kimi baxmağımıza yardımçı olur.
Dostları qeyd edir ki, ən böyük arzusu bir gün foto sərgi keçirmək imiş. Vəfatından sonra, məhz dostlarının və yaxınlarının dəstəyi ilə martın 14-də "Yenə içdi şair" adlı foto sərgi Bakıda və "Kəndimizin insanları" adlandırılan sərgi isə aprel ayında Naxçıvanda keçirilib.

Onu ancaq çəkdiyi şəkillər, müsahibəsində sözlər, yazdığı şeirlər, bir də profilində qeyd etdiyi fikirlər qədər tanıyıram. Amma onun fəqrliliyini anlamaq üçün bunlar bəs edir.. Özün də istəmədən fərqli olmaq, qəribə olmaq və bunu anlamaq.

Haqqında axtarış edərkən erkən yaşlarından gündəlik yazdığını öyrəndim. Onları oxumaq maraqlı olardı. Bəlkə də çox maraqlı olardı. Bir də 2011-ci ildə  mənim kimi adi bir bloggerə verdiyi müsahibəsini oxdum.

Rəsmi saytında isə Dadaş Adnanın əli işləri, fotoları və şeirləri ilə daha yaxından tanış ola bilərsiz:
www.dadashadna.com


Bu sözlər yazdığı son cümlə,                            


Bu isə paylaşdığı son foto olub..


mənim isə onun dilindən çıxan və yaddaşıma yazdığım cümləsi:

"..dəqiqlik dərinliyi itirir"
Dadaş Adna

Bu videoya baxmağınızı tövsiyyə edirəm. Onu azca da olsa tanıyacaq və fotolarında nə demək istədiyini daha çox başa düşəcəksiniz.



Dadaşın fotoaparatından çıxan fotolardan bəziləri:


kənddə axşam mənzərəsi
pəncərədə oynayan uşaqlar

sallanacaq
tarlalar
 və daha onlarla fotolar....
bu isə gündəliyidir
gündəlik
gündəlik

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)