..VƏ YENİDƏN SENTYABR
Bu gün evdən çıxarkən havanın sərin mehi üzümə vurduqda, nəhayət ki, zamanın gəlib çatdığını hiss etdim.
...yazmaq zamanının.
Hiss etdiklərimi yazmaq asan iş deyil mənimçün. Belə baxanda heç çətin də deyil əslində. Amma mən, yazmaq üçün çox və yoğun hiss etdiyim şeylərin nisbətən səngiməsini gözləyən biriyəm. Yoxsa yaza bilmirəm.
..təbiətim belədir nə edə bilərəm. :)
Hərflərdən və cümlə qurub yazmaqdan uzaq düşdüyüm 1 iyul - 30 sentyabr tarixləri arasında həyatımı tamamilə dəyişəcək hadisələr, o hadisələrin gətirdiyi sevinc, həzinlik, həsrət, xoşbəxtlik, qovuşmaq və onlarca düzəltmə sözlər düzəldə biləcəyim hissləri yaşadım.
Bir zamanlar özünü heç kəsin diqqət göstərmədiyi, cəlb olunmayan, cılız qızcığaz kimi hiss edən Abdullayeva, bu gün qurmuş olduğu öz yeni və balaca ailəsinin xanımı Alməmmədova olub :)
Sentyabrda çalınan vağzalı məni çox bağlı olduğum ailəmdən, mənə mənsub olan otağımdan, hər küncündə anamın xatirəsi yatan evimizdən, gündəlik vərdişlərimdən, oranjivi xallı "çaşkamdan" və "paduşkamdan" ayıraraq, şəhərin tamam fərqli səmtinə, sevdiyim insana qovuşdurub öz ailə həyatımı, gələcəyimi qurmağa apardı.
Demirəm həyatın hər üzünü görümşəm, yox. Amma artıq başa düşdüyüm, məsuliyyətini daşıdığım çox şey var.
Ən əsası həyatımı bölüşdüyüm sevdiyim, həyat yoldaşım :)
..və bir ömür boyu əlini tutmağa söz verdiyim insan ilə həyata ilk addımlarımızı beləcə atdıq...
![]() |
Happiness has been arrived |
"...has arrived" yox, "...has been arrived" yazmağın əslində maraqlı alınıb, Vəsilə. Deməli xoşbəxtlik sənə tərəf gəlməyib, sən özün gedib xoşbəxtliyə çatmısan. Çox, çox orijinal :) Uzunömürlü olsun :)
ReplyDeleteUzun müddətli münasibətlər ailə həyatı ilə nəticələnə bilirsə bunun hər iki tərəfin cəhdi olduğunu düşünüb yazdım Səbinə :)
DeleteÇox sağ ol əzizim, ömürlük olsun inşallah :*
Xoşbəxt olun :)
ReplyDeleteTəşəkkürlər Lamiyə :*)
Delete