SEVGI AXTARIŞINDA...
... Bir pasiyentimlə söhbətim heç yadımdan çıxmaz. O,sevgini görmüşdü. Daha doğrusu, realda deyil, yuxusunda... -Buyurun,danışın... O, təxminən mənlə həmyaşıd olardı. Şabalıdı saçlarını yana yığmış, tez-tez əli ilə üzünə tökülən tellərini arxaya itələyirdi. həyəcanlı görünürdü. tez-tez gözlərini qaçırırdı. -Heç bilmirəm. necə başlayım...-udqundu. -Hardan istəsəniz Oradan başlayın. Rahat olun. Ikimizdən başqa heç km yoxdur otaqda. Istədiyiniz yerdən başlayın. -Mən sevə bilmirəm. çox istəyirəm sevmək,ama alınmır. -İndiki gənclərin əksəriyyətinin problemi budur. Narahat olmayın. Siz bu barədə tək deyilsiniz. Əzəldən sevə bilmirsiniz,yoxsa hər hansı xoşagəlməz təcrübədən sonra sizdə bu problem yarandı? -Əslində heç özüm də bilmirəm. -Əzəldən sevdiyiniz insan olmayıb,yoxsa olub və indi qorxursunuz yeni bir münasibətə başlamağa... -Əslində ünsiyyətdə olduğum insanlar olub, tam “mən bu insanı sevirəm” deyə düşünərkən, onun yalanlarının və xəyanəti