MƏN "SİYASƏTƏ" QARIŞMIRAM...
Ev xanımı statusunu aldıqdan sonra özümə bəzi qadağalar qoymuşam, məsələn, ağlaşma türk seriallarına baxmamaq kimi. Amma keçənlərdə bu sözümün üstündə durmadım. Yaxşı ki də durmadım, çünki, tarixi faktlar qarşısında susub qalmışdım və suallaım var idi. Ən birinci sualım isə o oldu ki, ağız dolusu qardaş Türkiyə dediyimiz ölkədən nəsə öyrənə bilmişikmi heç olmaya? Ataların bir sözü var, deyir "Qonşu qonşuya baxar özünü oda yaxar." Biz ancaq bunu iki blok o tərəf qonşularımıza edə bilərik vəssalam. Amma tarix oxuyaq, siyasət öyrənək, yox atam balası, bunlar bizlik deyil. Ən azından böyük bir kütlə üçün deyil (indidən qeyd edim ki, mən istisna olan müəyyən kiçik faiz cəmiyyətimizi nəzərdə tutmayacağam bu yazıda). Bizim siyasi biliklərimiz çayxanada hər şeyi massonların bir də "yevreylərin" boynuna atıb əsas məqamda isə "sənə lazımdı? bir tikə çörək pulu qazanırsan. başıvı aşağı sal yoxsa o da əldən gedər" cümləsindən qırağa getmir.. çox təəssüflər. Keçirəm ...