haqqında nə yaza biləcəyimi bilmədiyim, buna baxmayaraq, başladığım, amma söhbətin axırının necə olacağı özümə də qaranlıq qalan bir mövzu: ..çünki düşünmədən yazıram ..çünki sevgi uzun zamandır toxunmadığım yumuşaqlıqdı ..çünki girmədiyim və ya girmək istəmədiyim otağımdı ..çünki o rənglə rənglənə bilmirəm, rəsimlər əyri üyrü çıxır nəsə belə bir şey.. :) bəlkə də sevənlər və sevgili arasındakı fərqi özümçün tapmaq istəyirəm? sevgilər.. rəngli, ağ-qara, monoton - çəhrayı, monoton - boz, çılğın, bədbin, rahat, imkansız, bitkin, alınamayan, gizli, aşkar, utancaq, qarışıq, arsız, abırsız, mənasız ..yox bir dəqiqə! sevgilər mənasız olmaz, olsa o sevgi deyil, çox güman başqa hissdir, elə mənasız bir şey. qısacası, Mikayıl Müşfiqin təbirincə desək, "sevgilərdə qarışıq bilməcələr kölgəsi var.." sevgililər.. əgər söhbət çoxluqdan, -lar -lər şəkilçisindən gedirsə istər istəməz müqayisə olunacaq nələrsə tapılacaq. sevgililər.. kimisi bir birinə ______________...