Posts

Showing posts with the label Payız epopeyası...

PAYIZ - ÖYRƏNCƏLİK, AYRICALIQ... - II

Image
Eyni başlıq, fərqli əhval.. Dünən arxadan Yann Tiersenin ifa etdiyi Ameli k/f-dəki sountrack, bu gün pianoda Küçələrə su səpmişəm.. Əhval ortadan bir az aşağı, pisdən bir az yuxarı, nənəm demiş bobat :D Bilirsiz, əslində mən indi bilmirəm optimist yazım, pozitivlikdən dəm vurum, yoxsa payızın, tarixlərin məni arxaya, əks istiqamətə döndərdiyi hisslərimi açım töküm. Qalmışam iki yol ayrıcında.Çünki içimdəki hiss elədiyimlə, zahirimdə elədiklərim və özümü göstərməklərim uyğun gəlmir. Kənardan olduğumdan daha gülərüz, problemsiz, fikirsiz, optimist, amma daxildən... Sirrlərim özümə təbii, həmişəki kimi... Hərdən də fikirləşirəm ki, insan istəməsə məsələn, heç əlini ağdan qaraya belə vurmaz. Amma siz bilmirsiz mənim əlim necəməharətlidi, əlimi bütün rənglərə vurmağa adət eləmişəm artıq axır illərdə. Mənim bu payız nələr eləməyə çalışdığımı da bilmirsiz heç :) Öyrəndiklərimdən, yarım qoyduqlarımdan danışım istəyirəm. Məzuniyyətə çıxdığım (doğurdan axı mən bu il heç bir işə yarama

PAYIZ - ÖYRƏNCƏLİK, AYRICALIQ... - I

4-5 gündür ki payızı rəsmi şəkildə qarşılayıb sərin havasını içimizə çəkirik. Sabahdan evin pəncərələrini yavaş-yavaş bağlamağa keçid almaq fikrim var. Yazda açılan pəncərələr payızın ürpərdici sərinliyi ilə bağlanır şəhərin səsinin üzünə.  Payız... başladı yenə qalın adyallara bürünb, corabları ayağa keçirib yatmalar, jaketi çiyinə atıb çay süzüb isti limonlu çayı əlinə alıb jaketin qolları sallana sallana boz havada işıq düşməyən otaqlarda o baş bu başa gəzmələr, səbəbli-səbəbsiz darıxmalar, qəribə küsgünlük, depresiyada olub olmadığını tez tez özünə sual verdiyin sübh 04-05 radələrində oyanmalar, insanlardan qaçmalar, yeni iş həvəsi, kofeyə qayıdış, bir kitabı oxuyub bitirməmiş kitab rəfindən təzə kitabı gözaltı eləmələr, yağışdan sonra torpaq, yağışdan sonra burulan saçlar, nənəmin şərfini boynuma dolayıb işə tələsmələr, anamın son ətri, zoğalı çətri, heç geymədiyi boz ayaqqabısı . . . eh saysam qurtarmaz ki... susuram, yaxşı.. İNDİ evmizdə qəribə sakitlik var.. Oktyabrın ev