Posts

Showing posts from October, 2025

Yerlə göy arasında...

Image
Mama, Sənsizliyin 13-cü ilini də geridə qoyduq. Eyni həsrət, eyni duyğular, eyni yetimlik, eyni sənsizlik bir zərrə olsa belə dəyişməyib. 13 il... amma mən hələ də sənin son nəfəsində "Mama, sən mənim hər şeyimsən" dediyim anda axıtdığın göz yaşlarını unutmuram... Mən hələ də sənin üçün əlim əsə-əsə sıxdığım üzümün suyunu sənə verməyimizi unutmuram.. Mən eyniylə 24 yaşımda oluram 13 oktyabr tarixində. Sənsizliyi sənə ifadə etmək çox çətindir. Güzgüyə baxıb öz gözlərimdə, öz üzümdə sənin gözlərinin yorğunluğunu görmək məni daha çox incidir hər ötən il..  Kaş belə olmazdı. Heç nə belə olmazdı...  Son günlərdə özümü yerlə göy arasında bir yerdə hiss edirəm. Nə yerdə, yaşadığım həyatda tapıram özümü, nə də göylərə qalxa bilirəm. İkisinin arasında bir yerdəyəm.. İçimə dönürəm, özümü sorğulayıram, həyatı sorğulayıram, itkilərimizi, itirdiklərimizi, bizdə qalanaları və gedənləri düşünürəm.. Böyümək çətin gəlir, bəzən dayandırmaq istəyirəm hər şeyi. Amma heç nə əlimdən gəlmir, ruhumu...