SƏDƏQƏ...
Yazın səhər mehi üzünə vururdu. Ötən günkü qasırğa və tufandan sonra bu gün hava olduqca sakit, günəşli idi. Sanki heç yolları sel-su aparmamış, ağacları külək kökündən qoparmamışdı. Quşların yazın gəlişini xəbər verən ciggilsitisi, pişiklərin xısın-xısın bir birini izləməsi, yarpaqların tumurcuqlarının və erkən yarpaqların ağaclara verdiyi yaşıllıq kölgəsi ürəyini isdiirdi. Məktəbin qabağından keçərkən, valideynlərin balalarını öpüb oxşayıb, əzizləyib dərsə yola saldığına baxır, düşnür. Hər gün işə gedərkən keçdiyi bu yolda, valideyn-uşaq münasibətlərini izləməyi sevirdi. İstər-isətəməz müqayisələr yaranırdı xəyalında. "Biz uşaq olanda.." ya da "Bizim vaxtımızda..." ilə başlayan cümlələr, fikirlər fırlanırdı başında. 90-ların uşağı olmaq asan deyil. Onda da asan deyildi, indi də. Bu düşüncələrlə, gəlib gedənlərə baxırdı. Yuxulu valideynlər, bağçaya gedən körpələr, dərsə tələsən tələbələr, kostyumlu iş adamları.Səhərlər maraqıl olur insanları izləmək. Hələ özünün ...