Posts

Showing posts from July, 2024

SƏYAHƏTLƏR VƏ O KİTAB...

Bərpa ilimdir demişdim bu il üçün ilin əvvəlində... Səyahətlərlə bərpa etdim özümü mən də. Bu il sanki, kainat da mənim bu istəyimə səs verdi. İlin ilk yarısında, ilk 6 ayında 10-a yaxın şəhəri gəzdim. Bu gəzintilər təkcə gəzinti olmadı, karyerama da, özümü inkişafa da, özümü təsdiq və inama da işıq tutdu. Həm də necə işıq.. Ən gurundan :)  Mart idi...  Belçikanın Brüssel şəhərinə ilin ilk səfərini etdim. Öyrəndim, gəzdim və içimdə özüməinamın ilkin qığılcımları sezildi. Sanki içimdə gizlənmiş bir yerlərdə "mən də varam və burdayam" deyib başlarını dirçəldirdilər.. Bu inamın cücərtiləri ilə Niderlandın Haaqa, Rotterdam, Amsterdam şəhərlərini gəzdim, sonda isə Türkiyənin İzmirinə baş çəkib doğma Bakıma qayıtdım. Amma bilirdim yayda məni hələ iki səfər gözləyir.. May idi... Keçən il vidalaşıb, "görəsən bir də nə vaxtsa buralara gələ biləcəyəm?" dediyim və çox sevdiyim Estoniyanın Tallin şəhərinə yenidən səfər etdim. Bu dəfə bütün dadını duydum Tallinin. Keçən ilin ağr