Posts

Showing posts from 2018

İLİN SON YAZISI - 9 -

Image
 Nə az nə çox artıq 9cu ilin son yazısını yazıram :) bu o deməkdir ki, 9 il böyümüşəm, 9 ilə saysız şeylər - hadisələr, insanlar sığdırmışam, 9 ilə kim bilir neçə dəfə dəyişmişəm özümdən çıxıb, özümə qayıtmışam. 2018-ci ilim o qədər monoton keçib ki, sıra ilə düzüləsi, sadalanası bir şey tapmıram. Bir onu bilirəm ki, daxili çəkişmələrlə dolu olub. İçimdə özümlə, hisslərimlə çox mübarizələr apamışam. Ilimin ən gözəl günlərini isə balamla keçirmişəm. Bu da o deməkdir ki, nə qədər daxilim üçün çətin il olsa da, hər səhərimi oğlumun gülüşü ilə açdığım üçün xoşbəxt olmuşam. Yeni ilimdən isə çox şey gözləyirəm. Və inanıram ki olacaq! Deyirlər ki, yeni ili necə qarşılayırsansa elə də davam edir. Mənsə tam ürəyimcə qarşıladım. Həyat yoldaşımla və balaca oğlumla. Nə gözəldir, elə deyilmi!? ❤ ❤

sarmaşıq

donmuş beynimi, hisslərimi yenidən oyatmaq üçün aylara ehtiyac duydum. özümdən gedib özümə gəldim. bütün hüceyrələrimə kimi keyidim, qurudum. yenidən həyat əlammətlərini görmək üçün üstümü sarmaşıqla örtən, məni dəyişən, yamyaşıl edib uzaqdan gözəl göstərən əslində isə havasızlıqdan boğan və məni məndən ayıran yarpaqları bir bir qoparmaq anının gəldiyini çox yaxşı bilirəm. sarmaşığı indi məhv etməsəm bir də geriyə dönüş olmayacaq. çapalayıram hələ ki, nələrsə etməyə çalışıram yerimdə saysam da. oktyabrın sarı yarpaqlı xəzanı axı bu həmişəyaşıldan yan keçir... oktyabr..  ..niyə qayıdışım sənə təsadüf edir axı? nədir məndən istədiyin? səndə o qədər cəmlənib ki həm aldıqların həm verdiklərin. günahlarım, savablarım, hamısı adının altında sıra ilə düzülmüş rəqəmlərinin içindəki günlərdə gizlidir. çox düşünürəm bu nə oyundu. amma heç bir tərəfdən bir cavab tapmaq olmur. artıq heç nəyə və heç kəsə sığınmıram. kimdənsə etina, anlayış gözləmirəm. öz əlimdə olanları verir yerdə qalanl