DISAPPOINTMENT...
Bəzən illərə, aylara tökərik öz əsəbimizi, yolunda getməyən bütün işlərimizi, uğursuzluğumuzu, itkilərimizi. Bir sözlə həyat yolumuzun neqativlərini.. O zaman mənə demişdi ki bir dost, aylardan çıxma hayfını bunu zamanla anlayacaqsan. Deyilənlər doğru çıxır.. Əgər 5il əvvəl bu günlərdə həm iş, həm ailə, həm şəxsi həyatında uğur cızığını çəkirsənsə, il olur ki həmin tarixdə üzü aşağı istiqamət sonra yenidən yuxarı yenidən aşağı.. Cəbr fənnindən keçdiyimiz funksiyalar kimi. Bir cızığ mənfiyə, bir cızığ müsbətə.. İnsan ruhu incədirsə onu adi sözlə də incidə bilərlər. İnsanın qəlbi kövrəkdirsə bir baxışla belə ağlada bilərlər. Nə olar, etməyin belə... Hər il birmənalı şəkildə nələrsə öyrənirəm. Bir-birindən fərqli duyğulardan baş çıxarıram. Necə davranmaq lazım gəldiyini ayırd edirəm. Bəzən hisslərimə güvənirəm, bəzən məntiqimə. Yeni il çox gözlətmədi ilk imtahanını.. Deyəsən dünən bir imtahan daha verdim. Həyat imtahanı. Keçb keçmədiyim müəyyən müddətdən sonra bilinəcək. Ağır baza...