Posts

#32

Image
Bəzi günlər var ki onlar haqqında uzun uzadı yazmaq istəsəm də yaza bilmirəm. İçimdə saxlamaq istəyirəm o günümün bütün detallarını. Bu ilki doğum günüm qarşıladığım yeni il qədər qəribə, maraqlı, hər iki hissin qarışığı ilə birlikdə gəldi keçdi :) Düşünəndə həm üzüm gülür, həm də içimdə incikliklər baş qaldırır. Amma maraqlısı budur ki, artıq hər ad günümün verdiyi mesajları oxumağı bacarıram. Və bu ilin verdiyi mesaj məni o qədər rahatlatdı ki. Qəribə və anlaşılmaz sakitçilik.. Nə üçün olduğunu isə çox gözəl bilirəm. Fərqində olmaq, hisslərin ən gözəlidir :) Bu ilki devizim: "ÖZÜNÜ HEÇ NƏYƏ MƏCBUR ETMƏ, İÇİNDƏN NECƏ GƏLİRSƏ İNSANLARA ELƏ DƏ DAVRAN." * ilk doğum günüm oldu ki şam üfürmədim * bu il də papa məni təbrik etmədi * 3 il sonra qar gördüm, oğlum isə ömrü həyatında ilk dəfə qara toxundu ) * bu il doğum günümün soundtracki yoxdur.

ÖTƏN 2019-CU İLİN KİTABLARI

Image
Bu yazımda 2019-cu ildə oxuduğum və aldığım, eyni zamanda mənə hədiyyə olunan kitablardan danışmaq istəyirəm. Deyə bilərəm ki, ötən 3 ilimə baxanda 2019-cu ildə kitab oxuma və alma vərdişimi yenidən bərpa etməyim göz qabağındadır. Düzü, bu məni xeyli sevindirdi. Belə ki, oxuduğum kitabların sayını 19 kitabla daha da artırdım və kitabxanama 19 yeni kitab əlavə etdim. yeni kitablardan üçü isə hədiyyədir. Hədiyyəlik olan iki kitabı kitabxanamda olan Sartırın "Ürəkbulanma" əsəri ilə barter etdim, digər bir kitabı isə bizim məhşur dj Fateh öz instagram hesabında keçirdiyi kiçik bir yarışma ilə məni qaliblərdən biri elan etdi və kitabı mənə hədiyyə etdi. :)  İndi isə oxuduğum kitabların siyahısına keçmək istəyirəm: İvan Turgenyev "Atalar və oğullar"- bu 2018-ci ildə yarım saxladığım kitab idi, oxuyub bitirdikdən sonra çox bəyənmişdim. İki fərqli oğul və iki fərqli ata. Etel Lilian Voyniç "Ovod" - Bu əsəri hələ o zamanlar anam çox tə

İlin son və ilk yazısı ~10~

Image
Bu il 10cü ildir ki ilimin necə keçdiyi barədə yazı yazıram. 10il... bu əslində heç də az zaman deyil. Və hər ili çox fərqli keçirmişəm, adətən necə başlayıbsa ilim deyəsən o cür də davam edib. Ya da mən elə hisslər yükləmişəm..  Nə üçünsə dekabrın son günləri əslində təqvim dəyişməyin nə qədər sehirli olub olmadığını düşünür, zamanın əslində saatın əqrəblərinə görə hərəkət etmədiyini, bizim hisslərimizə görə dəyişdiyi qənaətinə gəlmişdim. Sanki bu düşüncələr ilə yeni ili çox "eqzotik", balaca balamın səhhət problemləri ilə qarşılmağım, 1 yanvar tarixini isə xəstəxana koridorunda keçirməyim üst üstə düşdü :) Ruslar demiş "и смех и грех"... Amma onu bilirəm ki, 2019-cu ilim mənim üçün, şəxsən özümü tapmağım, həyatda çox şeyləri anlamağım, və bu yolda cığır çəkməyim üçün mükəmməl il oldu. Mən Leylanı tanıdım, onun sayəsində şüurlatının bizim qərarlarımızda, bu günkü həyatımızda nə qədər böyük rol oynadığını anladım, mən kvant fizikası ilə tanış oldum, ma

Live your life...

Image
Donmuşam.. Donduğumu hiss edirəm, ev isti olduqca, mənim ruhum ruhsuzlaşır sanki və donuqlaşır. Özümü, necə deyim, rəngsiz şəkil kimi hiss edirəm bəzən, hər yerim ağ-qara rəngdə, amma ürəyim qırmızı rənglə rənglənmiş... Bəzi hadisələrin yanından keçəndə və ya müşahidə edəndə rənglənirəm amma uzaqlaşan kimi yenidən ağ qara rəngə çevrilirəm.. və ya hansısa əşyaya toxunanda, ya da kimləsə danışanda və ya bir musiqiyə qulaq asanda, şəhərin hansısa küçəsindən keçəndə qızınıram elə bil, rəngim insan rənginə çevrilir. Qısa an kəsiyində. Amma sonra yenidən rəngsiz biri, rəngsizləşən mən... Söhbət heç də bədbəxt, ümidsiz, arzusuz, gələcəyə inamsız olmaqdan getmir. Məsələ burasındadır ki, yetəri qədər ümidli, arzularla dolu və gələcəyə o qədər inamlıyam ki.. Amma hardasa bir yerdə sıxıldığımı, özüm olmaqdan, olduğum kimi olmaqdan çıxdığımı hiss edirəm. Donuram... Ev isti olduqca, mənim ruhum donur. Mənim rənglərim solur. Amma qayıda bilməzmi heç nə əvvəlki rənginə? ..rəngsazım gələ bi

KİYEV - 04-06 sentyabr -

Image
3 günə sığdırdıq Kiyevə olan səyahəti. Beynəlxalq dildə desək "business trip" olsa da şəhərin maraqlı və əsas görməli yerlərini gəzə bildik. Kiyev haqqında təssüratlarım isə tam şəkildə aşağıdakılardır: Havası təmiz şəhərdir.. Yamyaşıl şəhərdir.. Dnepr çayı sahili şəhərdir.. Qədim şəhərdir.. Cavan şəhərdir.. Rəngbərəng şəhərdir.. Ruhu olan şəhərdir.. Problemləri olsa qayğısını buraxa bilən şəhərdir.. Sabahlara inanan şəhərdir.. Keçmişi unutmayan şəhərdir.. Tarixini qoruyan şəhərdir.. Gözəl qızlarla dolu şəhərdir.. Azad şəhərdir.. Avropanı və Soveti özndə birləşdirən şəhərdir.. ..şəhərdir mənim şəhərimdən fərqli, çox fərqli. səfərlərdə görüşərik....

YAYILMAYAN YAY

Image
Avqustun gedişi ilə yay da düşdü yola. Qızmar keçməyən, ömrümün ən sərin və küləkli yayı.. Yayılmayan yayı.. Bu ay bir tərəfdən çox gec, bir tərəfdən çox tez keçdi. Yalan demiyim, keçən aydan nə çox asan, nə də çox çətin oldu. Avqustun sonu etibarı ilə həyatımın hüzün ayı başlayır.. Qaçıb gizlənmək istədiyim, səs söz eşitmək istəmədiyim payız gəlir.. Çoxu az edib avqust ayımdan yazıram: 3 il əvvəl əlimə aldığım Amin Maalofun Afrikalı Leo əsərini oxuyub bitirdim O olmadan onlu olanları oldurduq... Dörd kitab bitirdim:                 Afrikalı Leo - Amin Maalouf                Kalbin Temizse Hikayen Mutlu Biter - Hakan Mengüç                Şeker Portakalı - J.V.Vasconcelos                On dakika otuz sekkiz saniye - Elif Şafak Kitabxanama üç kitab əlavə etdim (oxuduqlarımdan son üç kitab) İşdən ezamiyyətə göndərildim sentyabr ayında, səfər var.. İllərdir gözlədiyim eyni ailədən iki nəfərin xeyir işində iştirak etdim ürəkdən Bütün yay boyu həvəslə gö

J.M.VASCONCELOS "ŞEKER PORTAKALI" VƏ İKİ DƏNƏ QIZIL GÜL

Bu gün Onun doğum günüdür... Yanımızda olsa idi 64cü ilini qeyd edəcəkdik. Yanımda olsa idi onun yaşa dolmağını izləyəcəkdim. Və əminəm ki yanımızda olsa idi çox şey indiki kimi olmayacaqdı... Onu itirdikdən sonra hər il amma hər il düşünürəm görəsən bu il ona nə alardım və artıq 6ci ildir ki ona xəyali hədiyyəmi verirəm. Əlimdə isə iki dənə qızıl güldən başqa heç nə yoxdu. Gül dükanına girib iki dənə gül dedikdə, satıcının cüt alırsız? deyib başa düşərcəsinə gülləri seçməyi qədər aydındır hər şey.. Sən yoxsan mama.. Ürəyimdə qaysaq bağlamayan və həmişə özümü axtarmağımın yeganə və tək səbəbkarı sənsən. Yox sənə səndən şikayət eləmək ya da nə bilim təqsirləndirmək fikrim yoxdur.. sadəcə fiziki olaraq sənə toxuna bilməməyimin acısını daşıyıram içimdə. hər zaman.. Hər il mamanın doğum gününə bir musiqi həsr edirəm, bu il isə bir kitab olsun xatirə. Şeker portakalı olsun.. ordakı Zeze mən olum və mama, səni itirməklə böyüyüm..

AMIN MAALOUF - "AFRİKALI LEO"

Bu kitabı düz 3 ilə bitirdim desəm heç də yanılmaram :) Məsələ onun maraqsız olmağında və ya qəliz yazılmasında deyil. Çox maraqlı və olduqca oxunaqlı kitabdır. Sadəcə bəxtinə 3 il oxumaq yazılıbmış yəqin. Əsərin qəhrəmanı gəzgin olub Granadada doğulub Romada yaşlanıb Tunisə qaıydan Həsən kimi o da Türkiyədən sifariş olunub Amerikada oxunub amma Bakıda bitib. Əsər 14cü əsrdə yaşamış Həsənin uşaqlığından yaşaya yaşaya gördüklərindən, yaşadıqlarından bəhs edir. Maraqlı yazılış dili, məlumatlarla dolu səhifələri, insanı o dövrə, keçmiş əsrlərə aparan hadisələri Maaloufun yazı üslubudur. Çünki onun "Səmərqənd" əsəri də Afrikalı Leo kimi eyni  təəssürat oyatmışdı məndə.  Bir məsələ də var ki, son zamanlar əsərlərin sonluqlarına birmənalı yanaşa bilmirəm. Sanki nələrisə yarımçıq hiss edirəm, sanki əsərin sonluğu gözlədiyim kimi tamamlanmır. Yəni şərt deyil məzmun baxımından mən düşündüyüm kimi bitsin, amma maraqlı əsərlər sadə və ürəksıxıcı sonluqla bitəndə mən birtəhər oluram

FİZİKA VƏ MƏN...

Image
İyul ayımı başqa cür xatırlamıram.. məktəb vaxtı fizikanı yalnız qiymət üçün oxuyan, Şəmiyyə müəlimənin başa saldığı dərsləri başa düşməyib, sadəcə əzbərləyən mən, bu ay fizika oxudum, özdə başa düşərək və istəyərək.. hələ də mütaliələrimə və axtarışlarıma davam edirəm düzü.. Kvant fizikası, hardan necə qarşıma çıxdı bilmirəm. O qədər şeyləri açır ki insanın qarşısında onun ola da bilər və olmaya da bilərləri məni özünə maqnit kimi çəkir. Frekansım onda cəmlənir. Alfa dalğama keçirəm və bu qəbildən daha neçə sözlər.  İyul ayında yenə özümü axtarışla məşğul oldum, amma digər aylara baxanda əldə etdiyim bir şey var. Axtarışın xəritəsini çəkdim.. bəli, artıq bilirəm səbəbim nədir, fərqindəyəm və bu məni qismən rahatladır. İyul ayımı necə keçirtdim sualını qısaca aşağıdakı kimi cavablandıracağam: ..tamamilə zamanımı işə bir də evə sərf etmişəm. ..ondan sonra isə kvant məlumatlarına :) ..ailəmlə maraqlı zaman keçirmişəm, Lahıca getmişəm və Amerikadan qayıdandan

İYUN NƏ VƏD ETDİ?

Image
Bu gün iyun haqqında pafoslu cümlələr yazmaq istəyərdim bəlkə, amma nəsə bunu etmə həvəsim və istəyim yoxdur. İyun ayı mən gənc ikən mənim sevgilimin doğum gününün ayı idi :) onu mənə gətirən, mənə duyğulu sözlər yazdıran, ürəyimin başqa cür döyünməyinə səbəb olan ay idi. Nəsə dəyişib? Əslində heç nə dəyişmiyib, özümdən başqa.. Əlbəttə yenə mənim sevgilimin, hətta həyat yoldaşımın ad gününü qeyd etdik. Amma və sadəcə indi o doğum günü ikimizin baş-başa qeyd etdiyimiz bir tarixdən çox ailə və geniş şəkildə qeyd olunur, romantik görüşlər və hazırlıqlar yerini, onun sevdiyi salatı düzəltməyə verib. Bəli, bəli.. Ailə məişət məsələləri. :) Bəs sevgi? O isə necə var elə qalır, şəraitin dəyişməyindən asılı olmayaraq... Nə isə bir az çox romantik mövzulara daldıq sanki.. Qısası iyun ayı mənə nələr verdi.. Bu ay mənim üçün səhhətimlə və yenə də daxili aləmimlə mübarizə apardığım qəribə və baş açmadığım ay idi. Hətta 30 günün içinə qəfil planlanmış səyahətimizi də daxil edə bildik. Ümu