Posts

İYUN NƏ VƏD ETDİ?

Image
Bu gün iyun haqqında pafoslu cümlələr yazmaq istəyərdim bəlkə, amma nəsə bunu etmə həvəsim və istəyim yoxdur. İyun ayı mən gənc ikən mənim sevgilimin doğum gününün ayı idi :) onu mənə gətirən, mənə duyğulu sözlər yazdıran, ürəyimin başqa cür döyünməyinə səbəb olan ay idi. Nəsə dəyişib? Əslində heç nə dəyişmiyib, özümdən başqa.. Əlbəttə yenə mənim sevgilimin, hətta həyat yoldaşımın ad gününü qeyd etdik. Amma və sadəcə indi o doğum günü ikimizin baş-başa qeyd etdiyimiz bir tarixdən çox ailə və geniş şəkildə qeyd olunur, romantik görüşlər və hazırlıqlar yerini, onun sevdiyi salatı düzəltməyə verib. Bəli, bəli.. Ailə məişət məsələləri. :) Bəs sevgi? O isə necə var elə qalır, şəraitin dəyişməyindən asılı olmayaraq... Nə isə bir az çox romantik mövzulara daldıq sanki.. Qısası iyun ayı mənə nələr verdi.. Bu ay mənim üçün səhhətimlə və yenə də daxili aləmimlə mübarizə apardığım qəribə və baş açmadığım ay idi. Hətta 30 günün içinə qəfil planlanmış səyahətimizi də daxil edə bildik. Ümu

UZUN İNCƏ BİR YOLDAYDIQ - 13-19 iyun -

Image
Səyahət etmək hər zaman maraqlıdır. Dəfələrlə haqqında eşitdiyin şəhərləri gəzmək, o ölkə barəsində, əhalisi, ab-havası, adət-ənənəsi, tək kəlmə ilə hər şeyi haqqında sənə çox şey deyir. Ona görə boş yerə çox oxuyan yox, çox gəzən bilər deməyiblər. Ümumiyyətlə, insanın təsəvvüründə canlandırdıqlarını öz gözləri ilə görməsi və bunun necə təəssürat yaradacağını əvvəlcədən müəyyən etmək olmur.  Bu dəfə bizim səfərimiz isə uzun oldu Bakı-Tibilisi-Batumi-Trabzon və eyni marşurutla geri qayıdış. Maşınla çıxdığımız kiçik səyahət mənə çox şeydən, ölkələrarası mədəniyyət fərqindən, müşahidə etdiyim yüzlərlə xırda hadislərdən və daha nələrdən nələrdən danışdı. Əslində o qədər çox təəssüratım var ki. İndi isə həm xatirimdən çıxmasın, aylar illər sonra yenidən xatırlamağım üçün gün-gün səyahətim haqqında yazmaq istəyirəm. WARNING: Yazının uzun olma ehtimalı var :D Hər şey mənim balaca balımın vizasını almaqla başladı. Türkiyəyə getmək üçün ona viza aldıq və qayıdan başı Azərbaycana dax

Elif Şafakın Tanrı axtarışı

O qədər olur ki məndə bir kitabı almaq istəyirəm, amma nə üçünsə heç cür o kitabı almaq qismət olmur. Mağazada kitab rəfindən götürüb baxıb qoyuram yerinə təzədən. Bəzən pulum olmur almıram, bəzən pulum olsa da almaq istəmirəm. Sanki zamanı gəlmir. Mən keçən yazımda da yazmışdım ki, kitabları biz seçmirik. Onlar lazımı vaxtda özləri gəlib tapır bizi, elə bil ruh halımız özləri cəzb edir kitabı bizə. Elif Şafakın "Havvanın üç kızı" kitabı da o kitablara aiddir. Ramazan ayının axır həftəsində aldım kitabı. Əsərdə qəhrəman təkcə özünü axtarmır, həm də bütün kitab boyunca Tanrını da axtarır və bu mənim indiki ruhum və düşüncələrimlə o qədər üst-üstə düşürdü ki. Bir tərəfdən də oruc tutub bu ibadətimi yerinə yetirirdim deyə, içimdə nələrisə oynatdı elə bil kitab. Nə qatı dindar olmaq, nə inanclı olmaq, tutqu ilə dinə bağlanmaq, nə də ateist olub Allahı inkar etmək var bu bədəndə, bu ruhda. Adət və ənənə olaraq islam koloriti altında böyüdüyümüz üçün qanımıza işləyən müsəlman v

Maybe MAY?

Image
Bəlkə də may.. Nə üçün bu başlığı yazdığımı bilmirəm. Hər ayın özünə xas yadda qalma adı, tərzi, əhvalı olur sanki. Bunu da bura hər ay üçün bir yazı yazmağa başladığımdan hiss etmişəm. On bir ayın sultanı oldu May ayı. Sultan oldu, tac taxdı. Ramazanı özündə qonaq etdi, özünə əkiz etdi. Mən ibadətlərimin və inanclarımın, Allaha olan sevgimin yönünü bir zamandan sonra dəyişsəm də oruc tutmağı, Ramazanın bir çox əməllərini yerinə yetirməyi çox sevirəm. Şükür ki Allahım bu il də Ramazanda oruc tutub dua eləməyi, ruzisi ilə iftar açmağı bizə, mənə nəsib etdi. Mən isə Ramazan haqqında yox, may ayındakı fəaliyyətim haqqında danışmaq istəyirəm sözün açığı :) Əvvəlki yazımda da yazdığım kimi may ayında bir köhnə kitab alıb oxuyub bitirdim. Sovet sovxoz kolxoz komsomol partiya kitabı olsa da, çox sadə yazılsa da, mövzu adi olsa da maraqlı idi, çünki məni uşaqlığıma qaytarmışdı kitab, "Səhər yeli". Bakıdan kəndə gələn oğlan, ona vurulan qız, sonra daha kəndə ayağı dəyməyən

KÖHNƏ KİTABLAR

Image
Mənim və məndən yaşca böyüklərin hamısı kiril əlifbası ilə oxuya bilir. Ona görə ki, mənim məktəbə getdiyim ildən etibarən dövlətin qərarı ilə latın qrafikasına keçid edildi. Boş yerə bizə keçid dövrününü uşaqları demirlər ki :) hər şeyin keçidini biz görmüşük. Bəlkə də ona görədir bu qədər qəribə olmağımız, özümüzə yer tapa bilməməyimiz, lap dərinə getsəm travmalı olmağımız. Kim bilir.. bəlkə həqiqətən də buna görədir.  Mənə kitab sevgisini evimzdə o zamanlar mənə çox hündür gələn kitab rəfindəki sıra ilə səliqə ilə düzülmüş kitablar aşılıyıb. O kitablar ki hamısı kiril əlifbası ilə yazılmışdı. Əlimə ilk ciddi bədii kitabımı alanda (adı "Bağışlanmaz səhv" idi) 4cü sinifdə oxuyurdum. "Başımdan böyük" kitablara maraq göstərirdim. Odu budu kitab sevgim heç zaman azalmayıb, əksinə. Bu qədər girişi yazmaqda məqsədim sovet dövrününü kitablarından yazmaqdı əslində, çünki bir kitab rəfi dolusu olan kitablarımızın əksər hissəsi o dövrün tələbinə uyğun sovet qoxulu kit

KEÇƏN AY..

Mənə hərdən elə gəlir ki aprel ayı həmişə hadisələrlə dolu olur. Fərqi yoxdu, pis ya yaxsı, dünyada və ya ölkə daxilində, özümdə və ya ətrafda.. Fərq eləmir sadəcə hadisələr çix olur və bir birini tez tez əvəzləyir. Ona görə çatdırmıram elə bil ki yaşamağa (gülməli çıxdı bu fraza amma pozmadım). Son günlərdi özümü yenə birtəhər hiss edirəm amma bu aprelin yox, artıq may ayının boynuna düşən məsələlərdi. Apreldə isə 2il aradan sonra yenidən işdə öz kreslomda oturub beynəlxalq münasibətlərin çox cüzi bir qismini öz işimiz öhdəliyində həll etməyə başladım. Sanki heç o qədər zaman keçməyib və mən həmişə elə burda, bu komputer qarşında oturmuşam. Həyatım monoton keçmir ən azından. İçimdəki boşluq isə heç nə ilə dolmur.. I pretend about everything. Necə deyərlər özümü artistliyə qoyuram. :)  Kitablara gəldikdə isə, aprel ayında kitab oxuma siyahımı doldura bilmədim. Aprelin əvvəlində Vüsalə Məmmədovanın "Əsirlik düşərgəsi" kitabını aldım, imzalı. O qədər ağır kitabdır ki i

#ElinaÜçünSusma

Image
Susa bilmədim.. İçimi qəribə hüzün bürüyüb. Onun arıq canı və o canda, o ürəkdə olan təlaşlar. Nə üçünsə onu çox yaxşı başa düşürəm. Baxmayaraq ki, onun kimi əxlaqsız damğası vurulmamışdı mənə. Amma ürəyim hiss edir onun hiss etdiklərini.. 14 yaşlı qız əxlaqsız ola bilər ümumiyyətlə? bilirəm, içinizdən olar niyə olmur ki cavabını verən mütləq tapılacaq. Amma mən bir söz deyim sizə, məncə olmur! 14 yaşında tərbiyəsiz qız olmur, o yaşda, yeniyetməliyin ən pik anında onu başa düşməyən valideynlər olur, onu  qəbul etməyən cəmiyyət olur, özünə, ruhuna yaxın tapmadığı, rəfiqənin, dostun yoxluğu olur, və yenicə dəbə düşən builling sözünün mənasını daşıyan sözlər olur və bütün bunlara tab gətirməyən zəif ruh olur.. Yalnız bundan sonra həmin o körpə ürək böyüyür və həddi buluğa çatdıqda seçimini edir. Əxlaqsız olmaq, yoxsa olmamaq... Düzü əxlaq anlayışı mənim üçün artıq o qədər cılız mövzuya çevrilib ki. Çünki, bilirəm.. Özünü mələk kimi göstərib dünyanın ən iyrənc xəyanətini edən insanla

İKİ AY SABAHATTİN ALİ İLƏ BİRGƏ

Image
Artıq yaz fəslini rəsmi şəkildə qarşılamışıq. İndi isə günəşin nə zaman daim parlayacağı günləri gözləyirik. Əlbəttə ki o da gələcək. Bu qış mövsümünü isə yenə qarsız keçirdik.  Mart isə gah baharı, gah qışı xatırladır həmişəki kimi. Biz uşaq olanda anam deyərdi ki, mart ayında qışla yaz dalaşır həmişə. Ona görə havalar belə keçir :)  Fevral ayını geridə qoymaqla bərabər, artıq martla da vidalaşmağa üçcə gün qalıb. Mən də fürsətdən istifadə edərək bu iki ayı necə keçirdim, nə oxudum, hansı kitabı aldım suallarını cavablandırmağa çalışıram özlüyümdə.  Fevral hardan gəldi hara getdi, bilmədim. Bu elə bil məhz fevrala xas bir xüsusiyyətdir. 28gün olan bu balaca ay hər zaman tez qurtarır sanki, 29 gün olsa belə. Fevralı o qədər də ciddi xatırlamıram. Çünki daxilimlə baş başa qaldığım  sakit aylardan biri oldu. Və Sabahattin Ali sevdam yenidən baş qaldırdı.  Sabahattin Ali ilə  səhv etmirəmsə 2014 cü ildə tanış olmuşam ilk dəfə. Bəlkə də daha tez, ya gec təəssüf xatırlamı

HƏR AY BİR AZ..

Image
Bəzən insan bir ay ərzində nə elədiyini düşünür. Nəinki bir ay, başımızı balışa qoyanda gecələr belə bu hesabatı öz özümüzə veririk. Mən isə son illərimə baxsam elə də vau deyə biləcəyim şeylər etməmişəm, bu bir kənara hətta əvvəllər özüm üçün rutin halına saldığım vərdişləri belə yadırğamışam. Hər gün eyni şablon şeyləri yaşamış, öz həyatıma xüsusi diqqət ayırmamışam. Səbəbini desəm əslində günahkar özüm, özümün təmbəlliyim və ya dəyişimi doğru qəbul edə bilməməyim olub ona görə də susmağı üstün tuturam niyəsini düşünəndə. Susuram deyəndə iç səsim bilir sadəcə yazmaq istəmirəm.. Amma istədiyim başqa şeydir, məsələn istəyirəm yanvarın bu sonuncu gecəsi 31 günə sığışdıra bildiklərimdən danışım bir az. Bu ay mənim üçün o qədər sakit və harmoniya içində keçib ki, hər şeydən əvvəl bunun üçün şükr edir və minnətdarlıq duyuram. Yeni il və ad günüm haqqında uzun uzadı yazmışam :) ondan sonra isə yeni başlanğıclar etmişəm. İndi isə günlərimi vərəqləyərək yenidən yanvarın əvvəlinə qayıdır